Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?

10 Haziran 2017
1 426
0
Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?
Əvvəllər belə hesab olunurdu ki, isti su mikrobları daha yaxşı yuyub aparır. Lakin son araşdırmalar göstərib ki, bu heç də belə deyil.
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, Rutgers Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, soyuq və ya isti suyun təmizliyə və sterilliyə heç bir bir aidiyyatı yoxdur.
Araşdırmada 2 qrup insan iştirak edib. 1-ci qrup əlləri soyuq, ikinci isti suda yuyurdu. Sonra iştirakçıların əlləri mikroblara görə yoxlanılırdı.
Nəticədə məlum olub ki, suyun temperaturu sterilliyə təsir etmir. Ən əsası əlləri yaxşı sabunlamaq (əllərin bütün səthi sabunla örtülməlidir) və 20 saniyədən az olmayaraq yumaqdır.
Həmçinin nəzərə almaq lazımdır ki, isti su dəriyə mənfi təsir edir, onun qocalmasını sürətləndirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.