Güclü tərləməni azaldan 4 ƏN YAXŞI TƏBİİ VASİTƏ

21 Haziran 2017
1 829
0
Güclü tərləməni azaldan 4 ƏN YAXŞI TƏBİİ VASİTƏ
İsti havada tərləmə ciddi bir problemə çevrilir. Bəzi insanlar var ki, müxtəlif səbəblərə görə dezodorantlardan istifadə edə bilmir (allergiya, dəri problemləri və s.).
Feat.Az saglamolun.az-a istinadən güclü tərləməni azaldan ziyansız və effektli təbii vasitələri təqdim edir.

1. Alma sirkəsi


Təbii alma sirkəsi insanı tərin xoşagəlməz qoxusundan xilas edir. Bunun üçün duş qəbul etdikdən sonra bədənin ən çox tərləyən hissələrinə (qoltuq altı nahiyələr, ayaqlar) alma sirkəsini çəkmək lazımdır.

2. Palıd qabığı dəmləməsi

Palıd qabığı dəmləməsini (1 xörək qaşığı palıd qabığı + 1 stəkan qaynar su) ayaq vannaları üçün istifadə edin və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkin.

3. Zəy


Zəy əla təbii dezodorantdır. Ev şəraitində 1 çay qaşığı zəy (toz şəklində) 1/2 stəkan suda həll olunur və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkilir. Ayaqlarınız çox tərləyirsə, hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin. Belə ayaq vannaları pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.

4. Kosmetik gil


Kosmetik gilin istifadəsi də çox yaxşı effekt verir. Ağ, mavi və ya yaşıl gil suda həll olunur (xama kimi olmalıdır) və problemli sahələrə çəkilir. 30 dəqiqədən sonra dərini yaxşı yuyun.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.