Hər gün şaftalı yemək üçün 7 SƏBƏB

24 Haziran 2017
2 171
0
Hər gün şaftalı yemək üçün 7 SƏBƏB
Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir. Feat.Az saglamolun.az-a istinadən şaftalının 7 faydasını sadalayır.

1. Kaliumla zəngin olan şaftalı ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndən artıq mayeni çıxardaraq ürəyə düşən gərginliyi azaldır, "pis" xolesterolun səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

2. Şaftalı sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, stressi azaldır, əhval-ruhiyyəni və beynin fəaliyyətini yaxşılaşdırır.

3. Həzm olunmayan qidalı liflərlə zəngin olan şaftalı bağırsaqların fəaliyyətini stimullaşdırır, yüngül işlədici təsir edir.

4. Şaftalı dəri üçün ən faydalı meyvələrdən biridir.

5. Sinklə zəngin olan şaftalı kişi sağlamlığı üçün də çox faydalı sayılır.

6. Şaftalının tərkibində olan karotin (orqanizmdə A vitamininə çevrilir) görməni yaxşılaşdırır, qocalmanı ləngidir.

7. Şaftalı oynaq və sümüklərin sağlamlığını qoruyur, artrit, podaqra, osteoxondroz, revmatizm zamanı faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.