Gözün sağlamlığını qorumaq üçün 6 amil

25 Haziran 2017
1 450
0
Gözün sağlamlığını qorumaq üçün 6 amil
1. Sağlam qidalanın: gözün sağlamlığını qoruma yolu da qidalanmadan keçir. Feat.Az deyerler.org-a istinadən bildirir ki, omega-3 yağı turşuları, sink, C və E vitaminləri yaşa bağlı makula degenerasiyası və katarakt kimi göz problemlərinin meydana gəlməsinə mane olur. Bunun üçün yağlı balıqları, yumurta, qoz-fındıq, paxla, portağal kimi qidaları həyatınıza daxil edin.

2. Siqaretlə vidalaşın: siqaret bir çox xəstəlik kimi, gözün sağlamlığına da ziyan vurur. Xüsusilə katarakt, optik sinir ziyanı və makula degenerasiyasına zəmin hazırlayır.

3. Günəş eynəyi taxın: gözün günəş şüalarına çox məruz qalması katarakt və makula pozğunluğunun riskini artırır. Bu səbəblə günəşli günlərdə UVA və UVB şüalarına qarşı gözü qoruyan günəş eynəkləri istifadə edin.

4. Qoruyucu eynək istifadə edin:
iş yerində və ya evinizdə hava ilə daşınaraq gözünüzə zərər verə biləcək materiallar istifadə edirsinizsə, mütləq qoruyucu eynək taxın.

5. Kompüter ekranı ilə aranıza məsafə qoyun:
kompyuterə və ya telefon ekranına çox uzun müddət baxmaq bir çox göz problemini özü ilə gətirə bilər. Hər 20 dəqiqədən bir gözlərinizə istirahət verin. Kompyuter ekranından 20 saniyə uzaq durun. Ən az 2 saatda bir qalxın və 15 dəqiqə ara verin.

6. Göz həkimində müntəzəm müayinə keçin:
göz müayinəsi də digər sağlamlıq müayinələri kimi önəmlidir. Xüsusilə irəliləyən və erkən diaqnozla nəzarət altına alına bilən göz təzyiqi (qlaukoma) kimi xəstəliklərini ancaq bu müayinələrlə müəyyən edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.