Qadınlara xəbərdarlıq

27 Haziran 2017
1 922
0
Qadınlara xəbərdarlıq
İstanbul Univesitetinin professoru Tahir Örgüt ayaqların sağlamlığını qorumaq üçün qadınların 4 santimetrdən uzun dikdaban ayaqqabı geyməmək barədə xəbərdarlıq edib.

Ən çox yayılan ayaq xəstəlikləri arasında baş barmağın deformasiyası ən birinci problemdir.

Qadınların kişilərə nisbətən ayaq sağlamlığında daha həssas olduğunu deyən professor qadınlara xəbərdarlıq edib: "Özünə baxan, diqqət edən insan ayaq sağlamlığına da həssas yanaşmalıdır. Ayağın ağrıması kimi problemlərin baş verməsində ən birinci səbəb dikdaban ayaqqabılardır. Buna görə də dikdaban ayaqqabıların hündürlüyü 4 santimetri keçməməlidir. Hündürdaban ayaqqabılar onurğa sütununa da mənfi təsir göstərir, o cümlədən baş barmağın deformasiyasına səbəb olur. Qadın üçün ən ideal ayaqqabı əslində geyindiyi zaman özünü rahat hiss etdiyi ayaqqabılardır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.