Bu 3 sadə komponentdən hazırlanan eliksir möcüzələr törədir
Zəncəfil, limon və sarımsaq qarışımı
Reseptin vətəni Almaniyadır. Eliksir yuxarıda adları qeyd edilən 3 qarışımdan ibarətdir. Qarışımda istifadə edilən hər bir komponentin orqanizm üçün ayrı-ayrılıqda faydası çox böyükdür.
Feat.Az immunitet.az-a istinadən bildirir ki, sarımsağın tərkibi antibakterial, antiseptik və virusəleyhinə maddələrlə zəngindir. Onun tərkibi mikroelementlərlə (natrium, kalium, kalsium, sink, fosfor və s.)zəngindir. Bundan başqa sarımsaq C, B6, marqanes və liflərlə zəngindir.
Zəncəfil həzm sistemi problenlərindən əziyyət çəkən adamlar üçün də əla müalicə vasitəsidir. Zəncəfil oz tərkibinə görə sağlamlıq üçün ən effektli bitkilərdən hesab edilir. Zəncəfil orqanimin detoksikasiya olunmasında, müqavimətinin artmasında rolu böyükdür. Zəncəfil orqanizmi xərcəng hüceyrələrinə qarşı qoruyur.
Limon vitamin C deposudur. Bu meyvə orqanizmin turşuluğunu normallaşdırır, qaraciyəri təmizləyir, qanı duruldur, immun sistemi yüksəldir və mübadilə prosesini sürətləndirir.
Üç bitkinin qarışımından hazırlanan eliksir isə arteriya damarlarını təmizləyir və arterial təzyiqi aşağı salır. Eliksiri hazırlamaq üçün bitkiləri aşağıdakı qaydada qarışdırmaq lazımdır.
Lazım olanlar:
* 4 qabıqlı limon
* 4 baş sarımsaq
* 2 xörək qaşığı üyüdülmüş zəncəfil
* 2 stəkan su
Hazırlanması:
Limon və zəncəfil yuyulur, hər ikisi dilimlənir. Sarımsaq təmizlənir və bütün meyvələr blenderdə eyni tərkibli maddə halına gələnə qədər üyüdülür. Qarışım şüşə qaba tökülür, üzərinə su əlavə edilib qaynadılır. Qarışım qaynayana qədər qarışdırılır. Əldə edilən eliksir şüşə qaba qoyulur və soyuducuda saxlanılır. Yuxarıda qeyd edilən qaydada hazırlanan eliksirdən hər səhər yeməyə 2 saat qalmış acqarına içilir. Müalicə 3 həftə davam etdirilir.
Bu eliksir arteriya damarlarını təmizləyir, arterial təzyiqi stabilləşdirir, immuniteti yüksəldir, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.