Quranda 6666 ayənin olduğu düzdürmü?

01 Temmuz 2017
2 232
0
Quranda 6666 ayənin olduğu düzdürmü?
Quran ayələrinin ümumi sayı barədə alimlərin müxtəlif rəyi var. Bu fərq də müəyyən səbəblərdən doğur. Bu səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- bəzi alimlərin Quranda ayənin axırı (son) kimi qəbul etdikləri yerləri digər alimlər qəbul etmirlər.

- alimlərin arasında surələrin əvvəlindəki "Bismillahi-r-Rəhmani-r-Rəhim" ifadəsini, eləcə də, Ya-Sin, Ha-Mim, Əlif-Ram-Ra kimi hürufi-müqəttəəni müstəqil ayə hesab edən və etməyənlər var.

- bəzi alimlər Quranda tək ayə olaraq qeyd edilmiş bəzi ayələri 2 və ya 3 ayə kimi qəbul edirlər.

Feat.Az fetva.az-a istinadən bildirir ki, Bəsrə, Kufə, Məkkə və Mədinə məktəbinə mənsub alimlər ayələrin sayı ilə əlaqədar fərqli fikirlər qeyd ediblər:

1-ci nəsil mədinəlilərdən İmam Nafinin fikrinə əsasən, Quranda 6217, sonrakı nəsil Mədinə alimlərindən Şeybə İbn Nisaha əsasən 6214, Əbu Cəfərə əsasən də 6210 ayə var.

Məkkəlilərin fikrincə isə Quranda ayələrin ümumi sayı 6219 və ya 6220-dir.

Şamlı alimlər də bu rəqəmin 6220 olduğunu düşünürlər.

Bəsrəlilər 6205 ayə, kufəlilər isə 6236 ayə olduğunu bildiriblər.

Təfsirçi Zəməxşəri isə 6666 ayə olduğunu qeyd edib və bəzi insanlar bunun belə olduğuna daha çox inanır.

Lakin İslam aləmində ən məşhur olan və indi əlimizdəki müshəflər Kufə üsuluna əsasəndir. O da hər kəsin asanlıqla hesablaya biləcəyi kimi, 6236 ayədən ibarətdir. Xüləfayi-Raşidindən Əli ibn Əbu Talibin də bu fikirdə olduğu rəvayət olunub.

Ayələrin sayındakı fərqin səbəbi yuxarıda qeyd edilib. Halbuki kufəlilərin əlindəki Quranla məkkəli, mədinəli və ya bəsrəlilərin əlindəki Quran arasında mətn və tərtibat baxımından heç bir fərq yoxdur. Hamısı eyni Quranı, amma fərqli şəkildə şərh edib. Bu səbəbdən də Quran ayələrinin sayı ilə bağlı məzhəblər arasındakı fərqə baxaraq əlimizdə olan nüsxələrdə hansısa natamamlıq və ya artıqlıq olduğunu deyə bilmərik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.