Qanazlığından əziyyət çəkənlər bu meyvəni mütləq yesin - 9 FAYDASI

02 Temmuz 2017
1 432
0
Qanazlığından əziyyət çəkənlər bu meyvəni mütləq yesin - 9 FAYDASI
Dadlı və ətirli moruğu əsl təbii dərman hesab etmək olar. Onun tərkibində insanı ağır xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyan bir çox nadir qiymətli maddələr var. Feat.Az saglamolun.az-a istinadən moruğun faydalarını təqdim edir.

1. Moruq kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün olduqca vacibdir.

2. Moruq həmçinin C vitamini ilə də zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, onları möhkəm və elastik edir, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

3. Qanazlığından əziyyət çəkən insanlar mütləq moruq yeməlidir. Bu giləmeyvənin tərkibində qan üçün çox faydalı olan mis, dəmir, fol turşusu kimi maddələr var.

4. Antosian maddələri ilə zəngin olan moruq görmənin qorunması üçün olduqca faydalıdır.

5. Moruq bioflavonoid maddələri ilə (antosian, kversetin, katexin və s.) zəngindir. Bir çox digər müalicəvi xüsusiyyətlərlə yanaşı, bu maddələr o cümlədən güclü xərçəng əleyhinə təsirə malikdir.

6. Moruq təbii antiseptik və antibiotikdir.

7. Tərkibində salisil turşusu olan moruq (salisil turşusu aspirinin tərkibində daxildir) yüksək hərarəti salır və ağrıları (əzələ, baş ağrıları, o cümlədən miqren ağrıları və s.) azaldır.

8. Moruq qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da damarların əsas düşməni olan aterosklerozun inkişafından qoruyur.

9. Moruq mübadilə proseslərini və lipolizi (piylərin parçalanması prosesi) sürətləndirir və bununla da arıqlamağa kömək edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.