Böyük marketlərdə səsləndirilən mahnılar bizi necə soyur?

20 Aralık 2021
1 825
0
Böyük marketlərdə səsləndirilən mahnılar bizi necə soyur?
Son vaxtlar aktual mövzulardan biri də supermarket şəbəkələrində alıcılara psixoloji təsirlərin edilməsidir.

Feat.Az
metbuat.az-a istinadən xəbər verir ki, supermarketlər alıcıları cəlb etmək, marketdə olarkən daha çox alış-veriş etmələrini təşkil etmək üçün müxtəlif psixoloji vasitələrdən istifadə edirlər. Ən təsirli vasitələrdən biri də alış-veriş zamanı müxtəlif musiqilərin qoyulmasıdır. Bəzən müştərilər səsin yüksək olmasından narahat olduqlarını bildirirlər.

Bu kimi vasitələrin müştərilərə psixoloji təsiri varmı?


Psixoloq Murad İsayev metbuat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bütün market şəbəkələrində məhsulların qoyulma yerindən tutmuş, hər bir şey əvvəlcədən düşünülmüş şəkildə yerləşdirilir. Musiqinin verilməsi də təsadüfi şəkildə deyildir. Elə musiqilər seçilir ki, onlar diqqəti cəlb edərək, müştərilərdə "ehtiyacın vacibliyi"ni unutdurur. Bu, o deməkdir ki, müştərinin ehtiyacı 1 litr yağ almaqdırsa, o, musiqinin təsirindən öz lazımi ehtiyacını unudur və daha çox alır.

Psixoloq müştərilərə bu kimi halların baş verməməsi üçün iki əsas məsələyə diqqət etmələrini bildirib.

"1. Marketə hazırlıqlı şəkildə getmək lazımdır. Bunun üçün əvvəlcədən nəyə ehtiyac varsa, onların siyahısını hazırlamaq lazımdır. Bu, həm vaxt israfının, həm də əlavə psixoloji təsirlərin qarşısını alır.

2. Marketə girib-çıxmaq üçün konkret vaxt qoyulmalıdır. Bu, xaricdə sınaqdan keçirilmiş vasitələrdəndir. Müştərilər marketə girərkən özlərinə konkret vaxt qoymalı və vaxta uyğun şəkildə alış-verişlərini etməlidirlər".
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.