Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... Sizdə bu pozulma ola bilər!

06 Temmuz 2017
1 837
0
Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... Sizdə bu pozulma ola bilər!
Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.

Amerika alimlərinin müşahidələrinə görə, bu pozulma əhalinin 1%-də müşahidə olunur. Obsessiv-kompulsiv pozulma mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik daha da ağırlaşır, insanın ailə və sosial həyatına olduqca mənfi təsir edir, hətta intiharlara səbəb olur.

Obsessiv-kompulsiv pozulmanın simptomları:
1. Əlləri tez-tez yumaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər dəhşətli dərəcədə mikroblardan və infeksiyalardan qorxur ki, əllərini tez-tez yuyur, onları dəfələrlə sabunlayır, hər hansı bir əşyaya, digər insanın əlinə və s. toxunduqda dərhal əllərini yumağa gedir. Bəzən hamam otağından çıxdıqda "hiss edirlər" ki, əllərini yaxşı yumayıblar və yenə hamama qayıdıb əllərini yuyurlar.

2. Evi tez-tez yığışdırmaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkən insanlar daim fikirləşir ki, onların evi çirklidir və bu səbəbdən evi tez-tez yığışdırırlar. Evi yığışdırdıqdan az bir müddət sonra (bəzən 1-2 saatdan sonra) onlar yenidən "natəmizlik" hiss edir və yenə hər şeyi təkrarlayırlar.

3. Daim hər şeyi yoxlamaq.
Belə insanlar gün ərzində dəfələrlə çöl qapısının bağlı olub-olmadığını yoxlayır, edən çıxanda dəfələrlə qayıdıb ütünü, qaz plitəni, işığı yoxlayırlar.

4. Daim ətrafda hər şeyi hesablamaq.
Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər daim pilləkənləri, çöldə binaları, maşınları və s. hesablayırlar.

5. Yaxın insanlarla olan münasibətlərini daim analiz etmək.

Belə insanlar hər dediyi sözü, hərəkəti analiz edir, daim hər bir sözün, hərəkətin dost, kolleqa, ailə üzvlərinin xətrinə dəyib-dəymədiyi haqda fikirləşirlər və s.

6. Öz xarici görünüşündən narazı olmaq.

Bu narazılıq anormal forma alır. Belə insanlar saatlarla güzgünün qarşısında durur və onları qane etməyən detalı analiz edirlər (məsələn, "burnum çox uzundur", "sinəm çox böyükdür" və s.). Bu kateqoriya insanlar tez-tez səbəbsiz olaraq plastik cərrahlara müraciət edir və hər hansı "eybəcərliyi" düzəltməyə xahiş edirlər.

saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.