Azərbaycana qar yağacaq - Proqnoz

25 Ekim 2014
1 623
0
Azərbaycana qar yağacaq - Proqnoz
Azərbaycana qar yağacaq - Proqnoz

Bakı və Abşeron yarımadasında oktyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.