Bəs sənin tonal kremin hansıdır?

15 Temmuz 2017
2 157
0
Bəs sənin tonal kremin hansıdır?
Xüsusi günlərdə tonal kremlər adətən bizim üçün “qəhrəman” rolunu oynayır. Dərimizi qoruyur,örtülməsi lazım olan yerləri örtür. “Qəhrəman”ımız kimi gördüyümüz tonal kremləri dərimizə uyğun seçmədikdə isə dərimizin birinci “düşməni” olur. Onu düzgün seçmədikdə dərimizdəki sızanaqları örtmək əvəzinə, əksinə allergik reaksiyalar verir. Təlaşa ehtiyac yoxdur. Feat.Az foxy.az-a istinadən sənin də bu problemlərlə qarşılaşmamağın üçün hər dəri tipinə uyğun tonal kremləri araşdırıb.

Sızanaq problemi yaşayanlar üçün: Əsasən, bu tip dəri problemi olan insanlar doğru məhsulu seçmirlər. Daha quru və yağsız kremləri seçməlidirlər. Hətta dərilərində parıltıya səbəb olmayacaq matlıqda çalarlara üstünlük verməlidirlər.

Donuq və mat dəri: Belə dəri tipinə aidsənsə bu zaman üzünü ənlik və dodaq boyası ilə deyil, həm də ki, tonal kreminlə də rəngləndirə bilərsən. Sən mütləq quru olmayan, nəmləndirici xüsusiyyətə malik olan məhsulları seçə bilərsən.

Quru dərilər: Quru dəriyə sahibsənsə qışın gəlməsi sənin üçün pis xəbərdir. Amma yaxşı xəbər də odur ki, dərini quruluqdan qorumaq üçün düzgün tonal kremin var. Hyaluron turşusu dərinin ehtiyacı olan nəmi əldə etməyə sənə yardımçı olan birləşmədir. Buna görə də qışda, xüsusilə quru dəriyə sahib olanlar mütləq hyaluron turşu və bitki mənşəli yağ tərkibli məhsulları seçsələr qazanaralar.

Yağlı dərilər: Belə dəriyə sahib olanlarda onsuz da yağ və nəm sarıdan “kasıblıq” yaşamırlar. Buna görə də tonal krem alarkən mütləq yağsız və mat olanlara üstünlük verməlidirlər. Həm də, tərkibində daha çox kirşan olan tonal kremlər dərini daha artıq matlaşdırır və yağlı görünməsinin qarşısını alır.

Həssas dərilər: Düzgün tonal krem seçimi həssas dəri kimi daha da “həssaslıq” tələb edir. Ən bəsit tərkibli, sintetik yağ, paraben və ətir tərkibli olmayan məhsulları seçmək daha uyğun olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.