Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIM

13 Temmuz 2017
1 391
0
Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIM
Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar. Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.

Feat.Az
saglamolun.az-a istinadən məlumat verir ki, ürək-damar sistemi üçün çox faydalı qarışımın reseptini təqdim edir. Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı.
Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!).

Qarışımın faydaları:

- ürəyi möhkəmləndirir
- yüksək arterial təzyiqi aşağı salır
- damarları möhkəmləndirir, onların elastikliyini artırır
- damarları təmizləyir
- damarlarda trombların əmələ gəlməsi riskini azaldır
- xolesterolun səviyyəsini aşağı salır
- qanın tərkibini yaxşılaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışımın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.