Yeməyi qoxulamaq da insanı kökəldir

Yeməyi qoxulamaq da insanı kökəldir
Amerikalı alimlər siçanlar üzərində apardığı bir təcrübə ilə yemək qoxusunun da çəki artımına səbəb ola biləcəyini müəyyən edib.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, Kaliforniya Universitetinin Berkli korpusundakı alimlər, qoxu alma hissiyatını itirən, bu hissi normal və gücləndirilmiş olan siçanlar üzərində apardıqları təcrübədə, eyni miqdarda yemək yemələrinə baxmayaraq, qoxu duyğusu olmayan siçanların daha az çəki aldığını müəyyən ediblər.

Siçanların qoxu alma neyronlarını müvəqqəti təsirsiz etmək üçün gen terapiyası üsulundan istifadə edən tədqiqatçılar, heyvanların kök hüceyrələrini almadan duyğularını yalnız müvəqqəti olaraq itirmələrini və 3 həftə sonra bərpa etmələrini təmin ediblər.

Almaniyalı həmkarları ilə əməkdaşlıq edən amerikalı alimlər, qoxu hissini artırdıqları bir qrup siçanı superqoxulayıcı adlandırıblar. Təcrübədə, həmçinin kök və normal çəkili siçanlar istifadə olunub.

Araşdırma çərçivəsində istifadə edilən bütün siçan qrupları eyni miqdarda yağlı yemək yedilər. Araşdırma nəticəsində, qoxu hissi olmayan siçanlar ən uzağı 10% çəki aldılarsa, normal qoxu duyğusuna malik siçanlar 100% çəki aldılar.
Kök siçanlar qoxu hisslərinin itirdikdən sonra digər siçanlarla eyni qidanı yedikləri halda, çəki verərək ideal ölçülərə çatıblar. Bu siçanların əzələsi, orqan və ya sümüklərində hər hansı bir zədə baş verməyib.

Tədqiqatçılar qoxu ala bilən siçanların isə digər qruplardan daha çox çəki aldığını müəyyən ediblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.