Dünyanın müzakirə etdiyi qadın edam edildi

26 Ekim 2014
1 577
0
Dünyanın müzakirə etdiyi qadın edam edildi
Dünyanın müzakirə etdiyi qadın edam edildi


Tehran İnqilab Məhkəməsindən verilən məlumata görə tibbi ləvazimatlar ticarəti ilə məşğul olan keçmiş kəşfiyyatçı, həkim Muraza Serbendini öldürməkdə ittiham olunan və 7 il bundan öncə həbs olunan Reyhanə Cəbbari Melayeri Recayi şəhər həbsxanasında edam edilib.

Təcavüzə məruz qaldığın iddia etmişdi

Törətdiyi cinayəti etiraf edən Melayeri Serbendini tibb mərkəzi kimi açacağı ofisdə təcavüzə cəhd etdiyi üçün öldürdüyünü iddia etmişdi.

Ölənin ailəsi: qətl əvvəlcədən planlaşdırılmışdı

Öldürülənin ailəsi isə qətldə günahlandırılanın cinayətdə istifadə etdiyi bıcağı əvvəlcədən aldığını və dostuna göndərdiyi elektron məktubda “Onu sabah öldürəcəm” ifadəsini işlətdiyini, cinayətin qəsdən və planlı şəkildə törədildiyini irəli sürmüşdü.

Məhkəmə “Qəsdən öldürmə” dedi

Məhkəmə qətlə yetirilən həkimin iki kürəyinin ortasından bıçaqlandığını və Reyhanenin hadisədən öncə elektron məktubda “Onu sabah öldürəcəm” şəklində mesaj göndərdiyini sübuta yetirmişdi. Məhkəmə hadisədə ölənin təcavüzə cəhd göstərmədiyini qeyd edib və cinayətin qəsdən törədildiyi ilə bağlı qərar çıxarıb.

Məhkəmə qərarına etiraz

Melayeri aprel ayında edam cəzasına məhkum olunmuşdu. Beynəlxalq insan haqları təşkilatları məhkəmənin bu qərarına etiraz etmişdilər. BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid rəsmi dairələrdən Cebbarinin edamı ilə bağlı çıxarılan qərarın aradan qaldırılmasını istəmişdi.

Reyhane Cebbari Melayeri dekorasiya şirkətində çalışırdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.