WhatsApp öz yeni rekordunu qırdı. Gündəlik istifadəçi sayı inanılmaz sayda artıb

28 Temmuz 2017
1 226
0
WhatsApp öz yeni rekordunu qırdı. Gündəlik istifadəçi sayı inanılmaz sayda artıb
Məşhur messencer olan WhatsApp, bugün öz gündəlik istifadəçi sayının 1 milyard insan olduğunu bildirdi.

Bundan əlavə olaraq şirkət, messencerin digər statistika göstəricilərini də təqdim etdi. Gündəlik 1 milyard istifadəçi sayı, keçən il təqdim olunmuş aylıq 1 milyard istifadəçi sayından əldə olunub. Hal hazırda isə messencerin aylıq istifadəçi sayı 1.3 milyard insandır. Gündəlik 1 milyard istifadəçi sayından əlavə olaraq gün ərzində bu messencer vasitəsilə 55 milyard ismarıc, 4.5 milyard foto və 1 milyard video göndərilir. “Hələ keçən il biz qeyd etmişdik ki, ay ərzində WhatsApp-dan 1 milyard insan istifadə edir. İndi isə biz, 1 milyard insanın bu messencerdən gün ərzində istifadə etməsi ilə qürur duyuruq" - deyə WhatsApp təmsilçiləri qeyd ediblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, “Facebook”, İyun ayında qeyd etmişdi ki, onun aylıq aktiv istifadəçi sayı 2 milyard insan təşkil edir. Bu ilin Aprel ayı üçün statistikalara əsasən Facebook Messenger-in aylıq istifadəçi kütləsi 1.2 milyard insan, İyun ayına əsasən Instagram-ın gündəlik istifadəçi sayı 250 milyon insan, May ayına əsasən isə Snapchat-ın aylıq istifadəçi sayı 166 milyon insan təşkil edib.
technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET