Yetkin biri kimi davranırsınızmı? – TEST

15 Ağustos 2017
3 375
0
Yetkin biri kimi davranırsınızmı? – TEST
Yetkin biri kimi davranırsınızmı? Ruhunuz və düşüncələriniz baxımından bir uşaq, yoxsa yetkin bir qadın kimisiniz? Bu testlə bunu öyrənə bilərsiniz.

1. İş yoldaşınız iclasda sizin təklifinizi tənqid etsə, nə cavab verərsiniz?

A) Hər işə burnunu soxmamasını deyərsiniz.

B) Nəzakətliliklə onun təkliflərindəki səhvləri tapıb deyərsiniz.

C) Anlayışla qarşılayarsınız.

2. Şənbə gününüz üçün planlarınız

A) Qızlarla birgə keçirdiyim əyləncəli bir “parti”.

B) Yaxşı iş sahibi bir kişiylə şərab içib söhbət etmək.

C) Evdə oturub filmə baxmaq.

3. Ən yaxın dostunuzla bir-birinizə girdiniz. Səhərisi gün nə edərsiniz?

A) Ona zəng eləməz, dayı, bibi və ya xala qızınıza zəng edib onunla birgə vaxt keçirmək istədiyinizi deyərsiniz.

B) Bütün gün yemək yeyərək əsəbinizin keçməsini gözləyərsiniz.

C) Zəng eləyib üzr istəyərsiniz.

4. Ananız sizə duruşuğunuza diqqət etməli olduğunuzu deyərkən ona nə cavab verərsiniz?

A) “Sən mənə qarışa bilməzsən” deyə qışqırıb öz otağınıza gedərsiniz.

B) Tez dik durar, ananıza isə sərt bir baxışla baxarsınız.

C) Sizi daha yaxşı şeylərə istiqamətləndirdiyi üçün ona təşəkkür edərsiniz.

5. Bİr oğlandan xoşunuz gəldiyində ilk elədiyiniz nə olar?

A) Ortaq dostunuzdan onun da sizdən xoşu gəlib gəlmədiyini soruşarsınız.

B) Tez bir görüş təyin edib ən yaxşı geyimlərinizi geyərsiniz.

C) Sizə qarşı hissləri yoxdursa, dost qala biləcəyinizi deyərsiniz.

A’lar çoxdursa Pis xəbər- balaca bir qız kimi davranırsınız. Yaxşı xəbər isə içinizdəki enerjinin sürətlə davam elədiyidir. Bunu yetkinləşmə istiqamətində istifadə etsəniz, böyük faydasını görəcəksiniz. Artıq böyüdüyünüzü qəbul etməlisiniz, uşaq hərəkətləriniz ətrafınızdakılar tərəfindən antipatik qəbul edilə bilər. Daha məntiqli, soyuqqanlı və yetkin davranmağın vaxtıdır.

B’lər çoxdursa Yetkinliyə ilk addım: Əsl bir yetkin kimi davranmağa başladığınızı deyə bilərik. Bu sizə girdiyiniz mühitdə güclü və özünüzdən əmin biri kimi davranmağınıza şərait yaradacaqdır. Lazımsız müzakirələri böyütmək sizin tərziniz deyil. Ananızın xəbərdarlıqlarını diqqətə alırsınız. Bir az əsəbləşməyiniz normaldır. Sizi balaca qara paltara bənzədirik. Hər yerə və hər vəziyyətə uyğunlaşa bilərsiniz.

C’lər çoxdursa Yetkinliyi şişirtməyin:
Yaşlanmış kimi davranmağa son qoyun. Bunun üçün təklifimiz şənbə günlərini evdə tək keçirtmək yerinə bir az sosyallaşmağa çalışın. Dostlarınız sizi hər dəfə harasa getməyə çağırdığında bunu dəyərləndirin. İstədiyiniz kimi yaşayın. Enerjinizi basdırmayın, bu sizi sıxıcı biri halına gətirə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.