Şəkərdən sui-istifadə müxtəlif növ xəstəliklərin inkişafına səbəb olur

11 Ağustos 2017
1 178
0
Şəkərdən sui-istifadə müxtəlif növ xəstəliklərin inkişafına səbəb olur
ABŞ-ın Texas Universitetinin alimləri şəkərdən sui-istifadənin xərçəngin müxtəlif növlərinin inkişafına təkan verdiyini bildiriblər.

Aparılan tədqiqatların nəticəsində bəlli olub ki, şişlər qlukozanı orqanizmin bütün hissələrinə yaymaq məqsədilə istifadə edirlər.

Azertag.az Medikforum saytına istinadla xəbər verir ki, alimlər fiziki aktivlik və ya hərəkət zamanı insanın orta şəkər normasının 80 qram olduğunu müəyyən ediblər. Bu miqdara şəkərlə bərabər şəkərtərkibli və un məmulatları da aiddir. Bundan əlavə elm adamları şəkərdən tamamilə imtina etməyin əzələ sistemi və beynin fəaliyyətinə mənfi təsir göstərəcəyi səbəbindən düzgün seçim olmadığını da bildiriblər. Şirin çayın yorğunluq, əsəbi gərginlik, baş ağriları zamanı müsbət təsir göstərdiyi də xüsusi vurğulanıb. Eyni zamanda həkimlər onu da qeyd ediblər ki, ağır xəstəliklər, artıq çəki və passiv həyat tərzi zamanı şəkərdən sui-istifadə orqanizmə zərər verə bilər. Artıq çəkili insanların şəkəri yalnız müəyyən dozalarda istifadə etmələri gərəkdiyi bildirilib. Şəkərin qədərindən artıq istifadəsi yaşlılarda qanda xolesterin miqdarının artmasına səbəb olur ki, bu da ürək-damar sistemi xəstəlikləri və ya şəkərli diabetlə nəticələnə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.