Müxalif bürclər evlənərsə...

24 Eylül 2022
4 950
0
Müxalif bürclər evlənərsə...
Bürclərin uyğunluğu astroloqların ən çox müzakirə etdiyi mövzulardan biridir. Bu mövzunu o qədər ciddi qəbul edənlər var ki, hətta xəstəlik dərəcəsinə çatır. Müxalif bürclərlə eyni məkanda olmaq istəmir və evlənmirlər də…

Bu qərarların ulduznamə qaynaqları ilə əlaqəsi var. Bu kitab bürclərin uyğunluğu sahəsində qəti hökmlər verir.

Bununla bağlı müxtəlif fikirlər və ssenarilər var. Bəzi astroloqlar bir-birinə uymayan bürclərin evlənməsi sağlam evlilik qura bilməyəcəyini desə də, bəzi astroloqlar intellektin və dünyagörüşünün də təsiri olduğunu deyir.

Yəni, bürclərin bir-birinə uyması vacibdir, lakin intellekt, savad artdıqca, insanlar mənfi və səhv hərəkətlərini görür, hətta nə cür davranmaq lazım olduğunu yaxşı bilir.

Müxalif bürclər evlənərsə?


Bürcləri uymayan insanların evliliklərində davaların və mübahisələrin əskik olmadığı, hətta əvvəl-axır boşanacaqları düzgün fikir deyil. Lakin bürclərin təsirini heçə saymaq da doğru deyil.

Məsələn, əkizlər qadını ilə oğlaq kişini birlikdə təsəvvür edin. Əkizlər üçün azadlıq həyatı əhəmiyyətə sahibdir. Onların azadlıq ehtiyacı və tələbatı ən yüksək həddədir. Əgər onların azadlıqlarını məhdudlaşdırsanız, həyat enerjilərini və sevgilərini də azaltmış olarsınız. Oğlaq bürcü kişisi isə daha çox qayda və qanunlara, adət-ənənəyə, standartlara uyğun davranmağı müdafiə edir. Dolayısı ilə oğlaqlar üçün azadlıq, qəbul edilməz, hətta zərərli bir xüsusiyyətdir. Bu iki bürc həyata fərqli pəncərələrdən baxır. Belə bir baxış isə evlilik boyu narahatlığa, söz-söhbətə və böyük mübahisələrə səbəb ola bilər.
Bürclər arasında bir-birinə zidd olan əkizlər və oğlaqlardır. Onların birlikdə xoşbəxt olacaqlarını söyləmək çətindir. Lakin ətrafımızda bunu yalanlaya biləcək bir neçə nümunə var. Bürcləri uymadığı halda yola gedən və yaxşı münasibət qurmağı bacaran insanlar da var.

Bürcləri uymadığı halda xoşbəxt olan cütlüklərin ortaq nöqtəsi isə, başqalarının hüquqlarına sayğı ilə yanaşmasıdır.

Evlənməzdən əvvəl bürclərin uyğunluğu haqqında məlumat toplamaq lazımdır. Çünki ən azından qarşı tərəfin hansı xüsusiyyətlərə sahib olması haqqında xəbəriniz olacaq və hansı vəziyyətlərdə necə davranmalı olduğunuzu əvvəlcədən bilmiş olacaqsınız.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.