Ağcaqanadları evdən belə uzaqlaşdırın -Məsləhət

14 Ağustos 2017
1 584
0
Ağcaqanadları evdən belə uzaqlaşdırın -Məsləhət
Yayla birlikdə ağcaqanadlar da ortaya çıxır. Lakin ağcaqanadlardan xilas olmaq üçün təsirli üsullar var.

Feat.Az bu üsullardan bir neçəsini təqdim edir.

Spirt və şəffaf paketlər


Evinizə ağcaqanadların girməsini spirtli su ilə əngəlləyə bilərsiniz. Spirtin sərt qoxusu böcək və ağcaqanadları uzaqlaşdırmaq üçün təsirlidir. Xüsusilə, spirti ağ paketlərin içərisinə əlavə edib işıq gələn yerə asa bilərsiniz.

Lavanda yağı


Lavanda yağı da ağcaqanadlardan xilas olmaq üçün təsirlidir. Yağdan istifadə qaydasına gəldikdə, bir fincan lavanda yağı, bir ədəd qutu, süngər ya da bezə ehtiyacınız var. Lavanda yağını süngərə batırıb qutuya yerləşdirin və qapağını bağlayın. 24 saat ərzində saxlayın. Daha sonra qapağı açaraq evinizin hər hansı hissəsinə yerləşdirin. Beləcə, ağcaqanadların gəlməsini əngəlləmiş olursunuz.

Mixək


Mixək ağcaqanadlar tərəfindən heç sevilməyən ədviyyatdır. İstifadə üçün 25-50 ədəd mixək, 2 ədəd limona ehtiyacınız var. Limonu ortadan kəsib iki yerə bölün. Bir hissəsinə mixək vurub qaba yerləşdirin. Bu üsulla ağcaqanadlar uzaqlaşacaq.
metbuat.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.