Rəqs edən insanlar niyə QOCALMIR? - BEYİN ÜZƏRİNDƏ MÜDHİŞ TƏSİRİ

18 Ağustos 2017
1 516
0
Rəqs edən insanlar niyə QOCALMIR? - BEYİN ÜZƏRİNDƏ MÜDHİŞ TƏSİRİ
Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur.

Feat.Az xəbər verir ki, rəqsin beyinə təsiri haqqında yeni faktlar ortaya çıxıb. Məlum olub ki, rəqs sadəcə əyləncə növü deyil. Rəqs həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Yeni tədqiqatlar göstərib ki, rəqslə nevroloji sağlamlıq arasında əlaqə var.

Alimlərin araşdırmalarına görə rəqs edən insanların beynində aşağıdakı dəyişikliklər baş verir.


1. Bu, neyroplastikanızı artırır

Nyu-Yorkda Albert Eynşteyn Tibb Kollecinin rəhbərliyi altında aparılan yeni araşdırmada tədqiqatçılar insanın qocalma sürəti ilə əqli qabiliyyət göstəricilərini qiymətləndiriblər. Araşdırma 75 yaşından yuxarı yaşlı vətəndaşlar üzərində aparılıb. Onun məqsədi isə fiziki fəallığın zehnə və ya idrakın itiliyinə təsirini araşdırmaq olub. Tədqiqatın nəticələri “Yeni İngiltərə” tibb jurnalında dərc olunub.

Əldə olunan nəticələrə görə, rəqsdən başqa digər fiziki hərəkətlər zehni itiliyə müsbət təsir göstərmir. Müntəzəm olaraq rəqslə məşğul olmaq əqli gerilik riskini 76% -i azaldır. Nevroloq Robert Katsman izah edib ki, rəqs edən insanlar daha yüksək koqnitiv ehtiyatlara və yüksək mürəkkəb sinir hüceyrələrinə malikdir. Rəqslər beynin neyron yolunu bərpa etməyə vadar edir, bununla da neyroplastikaya kömək edir.

2. Bu, sizi daha intellektual edə bilər

Beynin müxtəlif vəziyyətlərə ağıllı cavabları nəzərdən keçirməsi və məqsədli şəkildə bu cavablardan birini seçməsi prosesi intellektuallıq əlaməti hesab olunur.

Odur ki, intellektini ölçməyin ən yaxşı üsulu cəld cavab tələb edən vəziyyətlərdə iştirakdır. Rəqslər isə intellekti inkişaf etdirmək üçün ideal fəaliyyətdir, çünki hərəkətlər sizdən çeviklik tələb edir. Məsələn, siz hər hansı rəqsi yerinə yetirəndə mahnının dəyişən ritmləri ilə bərabər necə çevik hərəkət etməyi, necə sürətlə çevrilməyi və fırlanmağı düşünürsüz. Rəqslər sürəti artırır və bu proses sizin intellektinizi yaxşılaşdırır, problemlərə həllinə qarşı beynin reaksiyasını da sürətləndirir.

3. Rəqslər qocalma prosesini ləngidir və yaddaşı artırır

Sinir sinapsləriniz nə qədər mürəkkəb olarsa, sizin beyniniz o qədər sağlam olacaq. Həkim Kaçmanın sözlərinə görə yeni neyron yollarını yaratamaq üçün əlinizdən gələni etməlisiniz, rəqslər isə bu məqsədə çatmaq üçün əla vasitədir.

Ahıl yaşa yaxınlaşdıqca baş beynin hüceyrələri ölür, sinir sinaps yolu isə daha zəif olur. Odur ki, yaşlı insanlar üçün adları yadda saxlamaq çətinləşir, çünki beyində mühafizə edilən informasiyaya yalnız bir neyron yolu gedir. Lakin rəqslə məşğul olmağa başlasanız, beyninizdə yeni neyron yolları yarada bilərsiniz. Əgər yaşla əlaqədar olaraq bir neyron yolunu itirsəniz, əvəzində onun yerini tutmağa hazır olan alternativ neyron yolunuz olacaq.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.