SELFİ BİTƏ YOLUXDURUR

27 Ekim 2014
1 403
0
 SELFİ BİTƏ YOLUXDURUR
 SELFİ BİTƏ YOLUXDURUR

Bu barədə Rusiyanın Kursk əyalətində Rospotrebnadzor (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) pedikulyozun (bitliliyin) profilaktikaıı tədbirləri barədə yaydığı məlumatda deyilir.

"Yeniyetmələr arasında pedikulyozun yayılmasına səbəb selfi şəkillərinə aludəçilikdir. Belə ki, qrup şəklində, yaxud da bir neçə nəfər başlarını bir-birlərinə toxundurarkən parazitlərin ötürülməsinə şərait yaradırlar", deyə məlumatda bildirilir.

Qeyd edək ki, sənədə tarixi arayış da əlavə edilib. Bildirilir ki, orta əsrlərdə demək olar ki, hər kəs bitə yoluxmuşdu: "O zaman müalicə üçün civədən istifadə olunurdu. Belə ki, bu maddə dəriyə sürtülürdü. Bu isə insanların dəli olması və ölməsi ilə nəticələnirdi. Bu müalicənin müsbət tərəfinə gəldikdə isə, deməliyik ki, civə əvvəlcə biti öldürürdü…"/Fakt
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.