“WhatsApp” messencerində statuslarla bağlı – YENİLİK

22 Ağustos 2017
2 489
0
“WhatsApp” messencerində statuslarla bağlı – YENİLİK
“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər. Hələlik yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq.

“Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa başlayıb və o, 2017-ci ilin martında sosial şəbəkənin bütün istifadəçilərinə əlçatan olub. İndi növbə “WhatsApp” messencerinə çatıb.

Rəngli statusların istifadəçilərin əksəriyyəti tərəfindən qıcıqlandırıcı hesab edilməsinə baxmayaraq, “Facebook” yeni funksiyanı öz proqramlarına əlavə etməyə davam edir. Şirkət hesab edir ki, bu, istifadəçilərin cəlb edilməsini artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.