Ağız suyu vəzilərinin xəstəlikləri

27 Ağustos 2017
1 852
0
Ağız suyu vəzilərinin xəstəlikləri
Akintomikoz:
Xəstəlik tədricən başlayır,uzun sürür.Xəstəliyin ilkin dövrlərində qızdırma və ümumi intoksikasiya əlamətləri olmur.Bir tərəfdə qulaqətrafı və ya çənəətrafı vəz böyüyür,bərkiyir,az ağrıyır.Tədricən iltihab-nekroz prosesi dəriyə yaxınlaşır.Bu zaman dəri hiperemiyalaşır,toxunduqda ağrıyır.Sonra həmin nahiyədə flüktuasiya simptomu meydana gəlir,bir müddət sonra sarı qatı irin axır,arxasıyca fistula əmələ gəlir.Bu zaman temperatur yüksələ bilir.Müalicə aparılmadıqda xəstəliyin sağalması uzana bilir.

Ağız suyu vəzinin daşı:
Feat.Az
immunitet.az-a istinadən bildirir ki, daş adətən ağız suyu vəzinin çıxacağında yerləşir.Ağız suyu yolu bağlandıqda vəz şişir,ağrı əmələ gəlir.Xəstəlik zamanı qızdırma,in toksikasiya əlamətləri olmur.Vəzin axacağı açıldığı zaman əlamətlər aradan qalxır.Axarlar uzunmüddətli tıxandıqda prosesə ikincili infeksiya əlamətləri qoşulur.Bu zaman vəzin absesi və çoxlu fistullar əmələ gəlir.Bu zaman qanda leykositlərin və EÇS-in miqdarı artır.Vəzdə daşın olması diaqnozu rentgen,USM,və KT-in nəticələrinə əsaslanaraq qoyulur.Daşın çıxarılması cərrahi yolladır.

Ağız suyu vəzinin vərəmi:

Bu xəstəlik adətən ağ ciyərdəki proseslə yanaşı gedir.Xəstəlik zamanı vəzlər tədricən böyüyür,az ağrıyır.Proses adətən birtərəfli olur və başladıqdan sonra kiçilmək əvəzinə böyüyür.Bu zaman böyümənin mərkəzində nekroz ocaqlar əmələ gəlir.Kalsium duzlarının çökməsi nəticəsində bəzən iltihab yeri daşlaşır. Diaqnoz ağız suyunda vərəm şöplərinin tapılmasına əsaslanır.

Ağız suyu vəzilərnin şiş törəməsi:

Bu zaman axacaqların sıxılması nəticəsində vəzilər şişir və bir qədər ağrıyır,qızdırma,intoksikasiya olmur.Vəzilər bərkiyir,bəzən düyünləşir,ölçüləri kiçilmir.Diaqnoz vəzin skanlaşdırılması və kompyuter tomoqrafiyası zamanı qoyulur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.