Azərbaycanın yemək xəritəsi - Nəyi harda yeyə bilərik? - ARAŞDIRMA - FOTOLAR

30 Ağustos 2017
7 659
0
Azərbaycanın yemək xəritəsi - Nəyi harda yeyə bilərik? - ARAŞDIRMA - FOTOLAR
İstər ölkə daxilində istirahət edin, istərsə də ölkə xaricində… Heç kəs öz istirahətini yeməklərsiz təsəvvür etmir. Hər kəs getdiyi bölgənin mətbəxinə xas yeməklərdən dadmaq istəyir.

Azərbaycanın yemək xəritəsi - Nəyi harda yeyə bilərik? - ARAŞDIRMA - FOTOLAR

Feat.Az a24.az-a istinadən bütün bu istəkləri nəzərə alaraq sizin üçün Azərbaycan mətbəxinin ən ləziz təamlarını toplayıb. Getdiyiniz Azərbaycan bölgələrində soruşub-axtarmağa vaxt sərf edincə, əvvəlcədən xəbərdar olmağınız məsləhətlidir. Odur ki, diqqətli olun: Hansı bölgədə nə yeyə bilərsiniz?

Quba

Quba Paxlavası –
Şəhərin hər yerində o cümlədən şəxsi həyətlərdə bişirilib satılır. Nisbətən Şəki və Bakı paxlavasına bənzəsə də dadı fərqlidir. Əgər bu il yolunuzu Qubadan salacaqsınızsa, məşhur Quba şirniyyatının dadına baxmadan geri dönməyin.



Quba bükməsi– Quba paxlavası ilə eyni inqridyentlərdən istifadə olunur. Amma hazırlanması, forması və dadı fərqlidir.



Ləzgi qonaqlığı…


El arasında ləzgi qonaqlığı ilə bağlı bir fikir var. Əgər qonaq getdiyiniz evdə yemək yeyib, tələsik gedirsinizsə, buna ləzgi qonaqlığı deyilir. Lakin ləzgi qonaqlığından ac getmək qeyri mümkündür…Ləzgi mətbəxinin ən ləziz yeməklərindən yemədən getsəniz, peşiman olarsınız…

Qusar
Xərək çörəyi –
Qusar çörəyinə belə deyilir. Çörək şimal zonasına xas olan təndirdə bişirilir. Bu təndir digər bölgələrdə istifadə edilən təndirdən bir qədər fərqlidir.



Tsıkan– Ləzgi mətbəxinin ən məşhur yeməyidir. O da xərəkdə bişirilir. Xəmir xörəyidir.



Oğuz
Afar –
Oğuz üsulu bişən qutaba deyilir. Göyərti və quru şorla hazırlanır. İçərisinə pencər deyilən bitki qoyulur və sacda bişir. Göyərtiyə ət maşınında üyüdülmüş qoz ləpəsi, bəzən nar dənələri də qatılır. Qatıq və sumaxla yeyilir.



Oğuzda çığırtmalı, qiyməli aş da məşhurdur.

Cökə dolması–
Mövsüm yeməyidir. Mart və aprel aylarında təzə cökə ağacı yarpağından hazırlanır.

Şəki
Bu bölgənin halvasını və pitisini tərif etməyə ehtiyac yoxdur. Əgər hələ də Şəkinin bu məşhur ləzzətlərindən bixəbər olanlarınız varsa, ümid edirik bu yazıdan sonra həmin yeməklərin dadına mütləq baxacaq.



Qax
Puri və Xaçapuri–
Qaxlılar puri çörəyə deyirlər. Uzunsovdur və türk pidəsinə bənzəyir.Məşhur xaçapurini isə qat-qat xəmirdən hazırlanan pendirli çörəkdir.



Çaxır- Qaxda çaxırı hər kəs öz evində, əl üsulu ilə hazırlayır. Hər həyətdə çaxırlıq üzümlər yetişdirilir. Avqustun sonu, sentyabrın əvvəlində üzüm toplanır və emal edilir. Çiy çaxır dəymək üçün küplərə yığılır. Və küplər torpağa basdırılır. Ən az bir il qapalı vəziyyətdə saxlanır.



Bəhməz– Meyvəni heçbir qatqısız, bişirərək əldə edilən qatı mayedir. Çox əziyyətli iş olduğundan Qaxda hər kəs bəhməz bişirmir, bişirənlər isə baha qiymətə satır.



İlisu, Qax

Sürhülü –
İlisunun 35 növ xəmir xörəyindən biridir. Bu yemək Xəngəl növüdür.



Girs– Soyuq vaxtlarda ən çox hazırlanan xəmir xörəyidir. İlisuda bu yeməyi işirib qonaq qabağına çıxarırısansa, demək həmin şəxs sənin ən əziz qonağındır. Digər bölgələrdə bu xörək növünə gürzə deyilir.



Balakən
Maxara –
Bölgənin ən populyar yeməyidir. Buna avar blinçiki də deyirlər. Maxara sacda bişirilir.



Şamaxı
Şüyüdlü plov–
Qarabağ, Gəncə, Talış zonsından sonra ən dalı şüyüdlü plov Şamaxının Dəmirçi kəndində hazırlanır. Əvvəldən axıra qədər mis qabda bişirilir. İçinə quzu əti, quzu quyruğu, paxla, düyü və şüyüd qurusu əlavə edilir.

“ Xleb vsemu qolova”…

İsmayıllı
İvanovka çörəyi-
İvanovkalıların çörəklə bağlı deyimi var “ Xleb vsemu qolova” yəni onlar üçün bərəkət hər şeydən önəmlidir. İvanovka çörəyi isə bölgədə çox məşhurudur.



Yerli mayalı xəmirdən hazırlanan və ölçülərinə görə kiçik olan piroşkilər də İvanovkada məşhurdur. Bir də kənddə, toyların vazkeçilməzi “Lapşa”dır. Bir növ əriştə yeməyidir. Çox xırda və nazik kəsilmiş xəmirdən hazırlanır. Toyuğun bulyonunda qaynadılıb süzülür. İçinə xırda doğranmış toyuq əti də əlavə olunur.

Lahıc, İsmayıllı
Pip dolması–
İçində qoyun əti, quyruq, yumru düyü, və quru nanə olur. Pip yarpağına bükülür.



Lahıc dolması – Normal dolmadan fərqli olaraq heyva yarpağına bükülür. Tərkibində qoyun əti, düyü, soğan, sarıkök , nanə olur. Süfrəyə verilərkən xörək sulu olmalıdır. Yəni bu dolma qaşıqla yeyilir.



Göyçay
Döşəmə plov–
Göyçaylıların qürurla təqdim etdiyi yeməkdir. Əslində ölkənin bir çox bölgələrində hazırlanır. Göyçay plovunun dadına isə çatan yoxdur.



Masallı
Paxla plov –
Mayın ən məşhur mövsüm yeməyidir. Tərkibində təzə şüyüd və yenicə çıxan paxla olur.



Lənkəran

Bu zonanın ləvəngisini bilməyən yoxdur. Bir də cənubluların plovları məşhurudur. Bölgədə təkcə düyüdən 21 növ xörək bişirilir.



Gəncə
Paxlava –
Mis sinidə və ocaqda hazırlanır. Əsl Gəncə paxlavasının altı və üstü qırmızı, içi ağ olmalıdır. 23 qat olur. Daha çox Novruz bayramında bişirilir. Lakin nə vaxt yolunuz düşməyindən asılı olmayaraq şirniyyat mağazalarından tapa bilərsiniz.



Qazax
Xəngəl –
Belə bir fikir var ki, qazaxlılar gündə üç dəfə (səhər, günorta və axşam) qurudla xəngəl yeyir. Hazırlanması qəliz proses olduğundan 2-3 xanım birgə bişirir. Ləzzətini isə yüz dəfə eşitməkdənsə bir dəfə gedib dadsanız daha yaxşı bilərsiniz.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.