İnsanı ağıllı edən 3 sadə hobbi
1. İdman
Feat.Az immunitet.az-a istinadən bildirir ki, Harvard Tibb Məktəbinin mütəxəssisləri idmanın insan beyninə müsbət təsir etdiyini söyləyirlər.Onlar mütəmadi olaraq idmanla məşğul olanların beynində irisin molekulunun ifraz edildiyini söyləyirlər.Bu molekul beyindəki neyronları qoruyur.İrisin molekulunun artmasi isə intelletin artmasına səbəb olur.İdmanla məşğul olmaq beyinin funksiyasını və degenerasiyasını yaxşılaşdırır.
2. Mətnlərin əllə yazılması
"Psychological Science" elmi jurnalı mətnlərin əllə yazılması insan beyninin fəaliyyətini artırdığı barədə məqalə çap etmişdir.Məqalədə əllə yazı yazmanın beyin fəaliyyətinə yaxşı təsir etməsi və yaddaşı yaxşılaşdırması barədə də yazılar qeyd edilmişdir.Bundan əlavə alimlər məktub yazmanın insanı problemlərini həll etməkdə,yeni ideyalar yaratmaqda faydalı olduğu da vurğulanır.
3. Hər şeylə maraqlanmaq
"Harvard Business Revivw" jurnalında yazılan elmi məqalədə hər şeylə maraqlanmağın insan beyninin və onun intellektinin genişlənməsində faydalı olduğunu qeyd etmişdir.Məqalədə hər şeylə maraqlanan adamın maraq dairəsinin daha geniş olması və bu səbəbdən də olun dünyagörüşünün ətrafındakılardan qat-qat artıq olduğu qed olunur.