Sonsuz ailələr üçün TƏKLİF

15 Eylül 2017
1 513
0
Sonsuz ailələr üçün TƏKLİF
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə görə, ər-arvadın 10 il ərzində övladı olmursa, dövlət onlara süni mayalanma üçün yardım göstərəcək. Lakin bu müddətin 5-6 ilə endirilməsi müzakirə olunmalıdır.

Feat.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulunun insanların ən çox gözlədiyi layihələrdən biri oluğunu söyləyən Q.Paşayeva qeyd edib ki, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri ailədə uşağın olmamasıdır: " Qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Amma mən mütəxəssislərlə də bununla bağlı müzakirələr aparmışam. Onlar deyirlər ki, 10 il çoxdur. Əgər dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, onu sonsuzluqlarının 5 ilindən başlayaraq verə bilər. Çünki 10 il müddətinə qədər bu səbəbdən ailələrin çoxu dağıla bilər. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə azaltmaq məsələsinə baxılmalıdır. Çünki burada yaş və digər amillər də rol oynayır".

Q.Paşayeva əlavə edib ki, orqan və toxumaların transplantasiyası ilə əlaqədar qanunun maddələri tam şəkildə həyata keçirilmir: "Bu gün səhiyyənin imkanları artır. Amma hələ də transplantasiya bəzi orqanlarla məhdudlaşır. Yalnız böyrək və qaraciyərin köçürülməsi aparılmaqla transplanatalogiya inkişaf edə bilməz. Bunun üçün də donor ancaq ailə üzvləri və yaxınlar ola bilir. Donor tapılmasa, bu əməliyyatı aparmaq mümkün deyil. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Ona görə də Səhiyyə Nazirliyi komitənin iclasına dəvət olunaraq aydınlaşdırılmalıdır ki, problemlər yoxdursa, bu mexanizmləri niyə həyata keçirə bilmirik?! Bu, ölkəmizin imicinə də zərər vurur. Burada imkan olduğu halda xəstələr məhz xaricə üz tuturlar. Digər tərəfdən də xaricə maliyyə səbəbindən hər bir insan üz tuta bilmir. Hər il neçə-neçə gənc dünyasını dəyişir. Amma orqan və toxuma transplantasiyaları vasitəsilə onların həyatını xilas edə bilərik".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.