Limonlu, zəncəfilli marmelad – RESEPT

22 Eylül 2017
1 202
0
Limonlu, zəncəfilli marmelad – RESEPT
Limon və zəncəfil ayrı-ayrılıqda sağlamlığımız üçün faydalı qidalardır. Amma onları bir yerdə istifadə edərək də ləzzətli bir marmelad hazırlaya bilərsiniz. Feat.Az limon və zəncəfilli marmelad reseptini təqdim edir

Lazım olanlar:

6 ədəd limon
5-6 santimetr ölçüdə zəncəfil kökü
1 kilo şəkər tozu

Hazırlanması:


Əvvəlcə limonları yuyun və qabığını soyun. Sonra limonu dörd yerə bölüb zədələmədən çay qaşığı ilə çıxarın. Çıxardığınız meyvə qisminin çəyirdəyini ayıraraq mətbəx robotuna qoyun. Limon qabıqlarını kub şəklində doğrayın. Doğranmış limon qabıqlarını bir az su ilə qaynadın və süzün. Süzdükdən sonra dərhal soyuq suyun içinə qoyun. Zəncəfilin də qabığını soyub rəndələyin. Limon qabıqlarını da mətbəx robotundakı limon içinə əlavə edib marmelad vəziyyətinə gələnə qədər çəkin. Sonra hazırladığınız limonu bir ləyənə tökün və şəkər tozunu əlavə edərək qaynadın. Qaynamağa başladıqdan sonra rəndələdiyiniz zəncəfili də töküb vam odda qaynatmağa davam edin. Təxminən 30 dəqiqə qaynadıqdan sonra marmelad halını aldıqda ocaqdan götürərək, otaq temperaturunda soyudun.
Balona yığaraq soyuducuda saxlayın.

Nuş olsun!

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.