Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

02 Ekim 2017
1 392
0
Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU
Payız özü ilə birgə müxtəlif xəstəlikləri də gətirir. Soyuq və yağışlı havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır.

Feat.Az
öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini bölüşür. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

Tərkibi:
· 1 stəkan şəkər tozu
· ½ stəkan su
· 1 xörək qaşığı limon suyu
· 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
· ¼ çay qaşığı üyüdülmüş mixək
· 1 x/q bal

Üzərinə səpmək üçün
· şəkər kirşanı

Hazırlanması:
Balaca qazana şəkər tozu,su,limon suyu,bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün.

Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin.

Sağlam olun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.