Dodaq boyalarının tərkibinə böcək yumurtaları qatılır - OXUYUN, XANIMLAR

27 Eylül 2017
1 783
0
Dodaq boyalarının tərkibinə böcək yumurtaları qatılır - OXUYUN, XANIMLAR
Sözsüz ki, hər bir xanım gözəl görünmək üçün kosmetik vasitələrdən istifadə edərkən əksər hallarda yalnız bir məsələ haqqında düşünür, sevdiyi insanın xoşuna gəlsin. Bunu təbii hal kimi qəbul etmək olar. Amma bu məsələnin başqa bir tərəfi də var, kişilərin bu süni gözəllikdən əks təsirə məruz qalması. Məsələn, xanımlar dodaq boyasından istifadə etdikləri zaman...

Feat.Az modern.az-a istinadən bildirir ki, hesablamalara görə, dodaq boyalarından istifadə edən xanımlar 55 yaşına qədər 500 qramdan 5 kiloqramadək dodaq boyası “yeyir”. Əgər, hətta minimum həddi - 500 qram dodaq boyasının orqanizm tərəfindən mənimsənilməsini götürsək və bu dodaq boyası ucuz, keyfiyyətsiz boyalar sırasındadırsa, sağlamlıq üçün ciddi problemlər yaratdığını yəqin etmək olar. O ki qaldı 5 kiloqrama, burda boyanın mənfi təsiri mütləqdir.

Təbii ki, dodaq boyasını istehsal edənlər, onun satışını və reklamını təşkil edən şirkətlər bu kosmetik vasitənin sağlamlığa zərərsiz olduğunu dönə-dönə vurğulayırlar. Ancaq nədənsə əksər şirkətlər dodaq boyalarının kimyəvi tərkibi haqqında alıcılarını məlumatlandırmırlar. Əgər dodaq boyalarının kimyəvi tərkibinə nəzər yetirsək, şahidi olarıq ki, bu tərkibdə olan bəzi maddələr orqanizmə düşərsə, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlar hansılardır?

Bunlar əsasən dodaq boyaları hazırlanarkən tərkibinə qatılan ağır metallardır.
Qurğuşun bir çox dodaq boyalarının əsas inqredientlərindən biridir ki, o, orqanizmin daxilinə düşərsə, bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.

Bu kosmetik vasitənin digər inqredientlərindən biri xromdur. Dodaqdan mədəyə yol tapan xrom xərçəng xəstəliyinin yaranması təhlükəsini yaradır.

Dodaq boyalarının tərkibinə rəng yaratmaq üçün karmin adlı maddə qatılır. E120 adlanan bu maddə kimyəvi yolla böcək yumurtalarının qurudulmuş qabıqlarından hazırlanır. Bu maddə dərinin qıcıqlanmasına və allergiyaya səbəb olur.

Boyaların tərkibində olan aromatizatorlar dəri quruluğu, dermatit kimi problemlərin yaranma ehtimalını artırır.

Dodaq boyalarının tərkibində olan lanolin nəmləndirmə xassəsinə malik olsa da, bu maddə daxilə düşərkən həzm sistemində ciddi fəsadlar törədir.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, boya dodaqlarda uzun müddət qaldıqda bu,
baş ağrısına, ürəkbulanmaya, qan təzyiqinin oynamasına səbəb ola bilər.

Həmçinin, dodaq boyasının tərkibindəki zərərli maddələr böyrəklərin fəaliyyətinə də mənfi təsir göstərə bilər.

Sözsüz ki, dodaq boyalarının mənfi təsirləri xanımları çox sevdikləri bu kosmetik vasitədən ayıra bilməyəcək. Buna görə də xanımlar dodaq boyasını seçərkən istehsal mənşəyi bəlli olan, keyfiyyətli boyalara üstünlük verməlidirlər.

Nəhayət, xanımlar gözəl görünmək üçün dodaq boyalarından istifadə edərkən kişiləri də nəzərə almalıdırlar. Düşünməlidirlər ki, onlar dodaq boyalarını öz qida rasionlarına könüllü daxil edirlər, kişilər isə bu qidanı məcburiyyət qarşısında qəbul etməli olurlar. Axı kişilər öpüşməzdən əvvəl öz sevdiklərinə “dodağındakı boyanı təmizlə” ifadəsini işlədə bilmirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.