Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI

04 oktyabr 2017
1 058
0
Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI
Artıq havaların soyuması ilə bir çoxlarımızda müəyyən narahatlıqlar yaranır, xəstələnmə halları baş verir. Xüsusilə də öskürəyə uşaqlar və böyüklər arasında çox rast gəlinir. Bundan qurtulmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır. Feat.Az sizə belə çaylardan birinin – gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir.

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq alınan su içilir.

Gülxətmi çayının faydaları:


- Öskürəyi yumşaldır
- Arıqladır
- Dərini rahatladır
- Hüceyrələri təzələyir
- Köpün qarşısını alır
- Mədə qıcqırması və gəyirməni aradan götürür
- Mədə ağrısını azaldır
- Qaraciyərin funksiyasını yaxşılaşdırır

Gülxətmi çayı necə hazırlanır?

Bu çay bitkinin qurudulmuş çiçəklərindən hazırlanır. 1 litr qaynar suyun içinə 2 yemək qaşığı çiçəyi töküb dəmləyin. Dəmlənməsi üçün bir dəsmala büküb 20 dəqiqə gözləyin. Sonra stəkanın yarısına qədər bu dəmləmədən süzün, digər hissəsini su ilə doldurun. Çayı istəyə görə bal və şəkərlə dadlandıra bilərsiniz. Normal çay kimi gündə 2-3 dəfə, istədiyiniz vaxt içə bilərsiniz.

Zərərləri və əlavə təsirləri varmı?


Bu çayın heç bir əlavə təsiri və zərəri yoxdur. Sadəcə bu bitkiyə xüsusi allergiyası olanlar və hamilələr çaydan diqqətli istifadə etsələr, daha məsləhətli olar.
lent/az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 025

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ