Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ,boğaz, ağrısını, Zəncəfil, qaşığı, birlikdə, Boğaz, sirkəsi, bilər, xörək, əlavə, Limon, bilərsi

Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ

10 October 2017
371
0
Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ
Havaların soyuması ilə birlikdə sağlamlığımızda bəzi problemlər yaranır. Bunlardan ən geniş yayılmışı isə boğaz ağrısıdır. Feat.Az təbii yolla boğaz ağrısından qurtulacağınız bir neçə faydalı resepti təqdim edir.

Gülxətmi

Gülxətmi bitkisi orta əsrlərdən bəri boğaz ağrısı və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilib. Udduğunuzda boğazı bürüyüb yağlandıran və jelatinə bənzər bir maddəyə malikdir.

Lazım olanlar:


Soyuq su
30 qram ovulmuş gülxətmi

Hazırlanması:


Soyuq su ilə 1 litrlik balonu doldurun. Gülxətmini təmiz bir bezin içinə qoyaraq, ağzını büküb bağlayın. Həmin bezi suya salın və balonun ağzını bağlayın. Gecə boyu və ya ən az 8 saat saxlayın. Daha sonra istəyə görə bal da əlavə edərək, bu sudan gün ərzində içə bilərsiniz.

Alma sirkəsi

Boğaz ağrısını azaltmaq üçün 1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş və istəyə bağlı olaraq bal da qarışdırılmış 1 fincan ilıq su için.

Duzlu su qarqarası

Boğaz ağrısından qurtulmaq üçün duzlu su ilə qarqara etmək məsləhətdir. Boğazdaki lazımsız mikrobları öldürməyə kömək edir.

1 stəkan ilıq suyun içinə 1 çay qaşığı duz atın və əriməsi üçün qarışdırın. Hər saat başı 30 saniyə qarqara edin.

Bal


Bal boğaz ağrısını azaltmaq üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır. Bal xüsusilə isti su və alma sirkəsi ilə birlikdə daha təsirli olur. Amma 1 yaşdan kiçik uşaqlara verilməsi məsləhət deyil.

Limon suyu


Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını da azalda bilən rahatladıcı bir içkidir. Limonun tərkibində C vitamini və antioksidantlar var. Limon suyunu ilıq su, bir az da bal və ya duzlu su ilə birləşdirmək ən yaxşı vasitədir.

Zəncəfil çayı

Zəncəfil antibakterial və anti-inflamatuar təsirə malikdir. Boğaz ağrısını azaltmağa yardımçı olur.

Lazım olanlar:


Zəncəfil kökü
1 litr su
1 xörək qaşığı (15 ml) bal
Sıxılmış limon suyu

Hazırlanması:


Zəncəfil kökünü soyun, rəndələyin və kiçik bir qaba qoyun. Böyük bir qazanda su qaynadın, ardından ocağın altını söndürün. Qazana 1 xörək qaşığı rəndələnmiş zəncəfil qoyun və qapaqla örtün. 10 dəqiqəyə qədər gözləyin. Bal və limon suyu əlavə edib sonra qarışdırın. Bu çay lazım olduqda qızdırıla bilər, yaxud soyuq halda içilə bilər. Zəncəfil çayı infeksiya ilə mübarizəyə kömək ola bilər. Həmçinin iltihablanmanı və boğaz ağrısını azaldır.

Nanə çayı


Nanənin tərkibində anti-inflamatuar birləşmələr var və boğaz üçün son dərəcə rahatladıcıdır. Nanə həmçinin boğazı yüngülcə uyuşdurur və ağrını azaldır. Nanə yarpaqlarını qaynar suyun içində 3-5 dəqiqə dəmləyərək içə bilərsiniz.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz