Heyvanı balla qarışdırıb yesəniz... – HEYRƏTAMİZ FAYDALARI
Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir. Feat.Az bu iki qidanın bir yerdə yeyildikdə orqanizmə hansı faydalar verdiyini sadalayır.
- Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
- Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
- Heyva və balın antioksidant xüsusiyyəti orqanizmdə bakteriya və göbələk yaranmasını əngəlləyir.
- Tərkibində yüksək faizli lif olan heyva balla birlikdə yeyildikdə arıqlamağa yardımçı olur.
- Qan yaradan xüsusiyyətləri olan heyva və bal allergik xəstəliklərə qarşı da faydalıdır.
- Sidik qovucu xüsusiyyətlərə sahib heyva balla birləşdiyində həzm sisteminə kömək edir.
lent.az