Dodaqlarınızı tez-tez yalamayın... - ÇATLAYA BİLƏR

25 Ekim 2017
1 698
0
Dodaqlarınızı tez-tez yalamayın... - ÇATLAYA BİLƏR
Dodaq çatlarına bütün mövsümlərdə, xüsusilə də qış aylarında rast gəlinir. Bəs dodaq çatını yaradan səbəblər hansılardır? Feat.Az bununla bağlı məlumatları diqqətinizə çatdırır

Cild quruluğu

Ağrı yaradan dodaq çatlarının ən böyük səbəblərindən biri quru dəri və soyuq havalardır.

Günəş işığı

Günəş işığı əhəmiyyətli səbəblərdən biridir. Xüsusilə yaz aylarında xeyli məruz qaldığımız günəş şüaları orqanizmdəki nəmi buxarlaşdıraraq, dodaqlarımızı qurudur və çatladır.

Susuzluq
Gün ərzində kifayət qədər su içmədikdə hüceyrələrin susuz qalması dodaq quruluğuna və çatlarına səbəb olur.

Keyfiyyətsiz kosmetik vasitələr

İstifadə edilən bəzi kosmetik vasitələr də dodaqlarınızda çat yarada bilər. Keyfiyyətsiz kosmetik vasitələr dodaq quruluşunuza zərər verərək, mikrob düşməsinə səbəb olur.

Vitamin çatışmazlığı

Dodaq çatlaması bəzi qan xəstəliklərinin xəbərçisidir. A, B2 və B3 vitaminlərinin çatışmazlığı da dodaq çatlaması ilə nəticələnir.

Ağız suyu

Tez-tez ağız suyu ilə isladılan dodaqlarda çatlar yaranır. Tüpürcəyinizlə tez-tez islatdığınız dodaqlarınız onun tez buxarlanması nəticəsində inanılmaz şəkildə quruluğa və yaralar yaranmasına səbəb olur.

Ağızla alınan nəfəs

Adətən yatarkən ağızdan alınan nəfəs də dodaq quruluğuna və çatlamasına səbəb olur. Burun tıxanıqlığı səbəbi ilə ağızdan nəfəs alan şəxslərin də dodaqları quruyur və çatlayır.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.