Qızılgül, yasəmən, darçın... - ƏTİRLİ MÜALİCƏ ÜSULU

02 Kasım 2017
1 942
0
Qızılgül, yasəmən, darçın... - ƏTİRLİ MÜALİCƏ ÜSULU
Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya, yəni ətir müalicəsidir.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.

Sitrus meyvələri

Sitrus meyvələrinin ətri insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə portağal suyu için.

Vanil

Vanilin çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırmağa və əhvalın yüksəlməsinə yardımçı olduğu məlumdur. Onun ətri insana rahatlıq verir.

Qızılgül

Bu gülün ətri ən yaxşı təbii antidepressantlardan biridir. Qızılgülün ətri əhvalı yüksəltmək, baş ağrısını azaltmaq xüsusiyyətlərinə malikdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.