Alma sirkəsini evdə hazırlamağın ASAN YOLU

10 Kasım 2017
991
0
Alma sirkəsini evdə hazırlamağın ASAN YOLU
Salatlarda, dəriyə qulluqda və arıqlama zamanı bol-bol istifadə etdiyimiz alama sirkəsini təbii şəkildə evdə hazırlamaq istəyirsinizmi? Feat.Az sizə asan qaydada hazırlayacağınız alma sirkəsinin reseptini təqdim edir.

Lazım olanlar:

2 ədəd alma
5 stəkan su
1 çay qaşığı şəkər
1 çay qaşığı duz

Hazırlanması:
Almaların qabığını soyun. Bu qabıqları bir balonun içinə qoyun. Daha sonra balona suyu töküb, duz və şəkəri də əlavə edin. Balonun ağzını yaxşı bağlayıb çalxalayın. Daha sonra 10 gün müddətində bankanı qaranlıq bir yerdə mühafizə edin.

10 gün sonra çıxardığınızda alma qabıqları suyun üstünə çıxarsa, deməli, sirkəniz hazır olub. Ondan rahatlıqla istifadə edə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.