Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ,limon, sarımsaqlı, istifadə, təzyiqi, etmək, sarımsaqları, Çünki, qarşı

Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ

16 November 2017
229
0
Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ
Limon və sarımsaq orqanizmin qocalma prosesini ləngidən, həmçinin bir çox faydalı xassələrə malik olan möcüzəvi bitkilərdir.

Feat.Az xəbər verir ki, sarımsaqlı limon suyu bir çox xəstəliklərin şəfa mənbəyidir. Çünki bu iki bitkinin birlikdə istifdəsi daha güclü təsirə malikdir.

Tıxanmış damarları açır

Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ

Limon suyunun içərisinə sarımsaq atıb içdikdə tıxannmış damarları açır, damar sərtliyinin qarşısını alır və təzyiqi normaya salır. habelə xolesterin və karbohidratı azaldır.

Piyləri yandırır



Mütəmadi olaraq istifadə edildikdə sarımsaqlı limon suyu orqanizmdəki zərərli yağların yandırılması prosesini sürətləndirir.
Böyrək və öd daşlarını əridir, sidikqovucudur, bədəndəki şişkinliyi yox edir və toxumalarda şiş əmələ gəlməsini əngəlləyir. Təhlükəli yara mikroblarını öldürərək mədə və onikibarmaq bağırsaqda olan yaraları müalicə edir.

Hər cür ağrını kəsir



Revmatizm ağrılarını yaxşılaşdıran sarımsaqlı limon suyu oynaq şişkinliyinin və xəstələyin kəskinləşməsinin qarşısını alır.

Bütün bədəni kansogeren hüceyrələrdən qoruyur



Limonun tərkibindəki C vitamini və sarımsaqda olan antioksidant immuniteti möhkəmləndirir. Dəri allergiyasını aradan qaldırır, eyni zamanda xərçəng hüceyrələrinə qarşı bütün orqanlarda qalxan vəzifəsini yerinə yetirir.

Sarımsaqlı limon suyu necə hazırlanır?




Sarımsaqların qabığını soyandan sonra azca əzin. Daha sonra bütöv qalan sarımsaqları bankaya tökün, üzərinə limon suyu sıxın. 25 gün ərzində qaranlıq yerdə saxlayın və bankanı gündə bir dəfə çalxalayın. Səhərlər ac qarına yarım fincan için, sarımsaqları isə həb kimi bölüb su ilə udun. Müalicəvi resepti 1-2 həftə təqbiq etmək olar. Həkimlərin sözlərinə görə limon suyu ildə iki dəfə istifadə istifadə etmək lazımdır.

Qeyd: Mütəxəssislər sarımsaqlı limon suyunu xüsusilə yaşı 30-u keçmiş insanların istifadə etməsini tövsiyə edir. O siqaret və spirt istifadəçiləri üçün də faydalıdır. Lakin təzyiqi aşağı olanlara məsləhət görülmür. Çünki cövhər təzyiqi aşağı sala bilər. Qan durulaşdırıcı dərman istifadə edən xəstələr də həkimlə məsləhətləşməmiş sarımsaqlı limon suyu içə bilməz.
publika.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz