2 günə 100.000 baxış sayı - Olduqca Duyğulu

31 Ekim 2014
1 503
0
2 günə 100.000 baxış sayı - Olduqca Duyğulu
Rumıniyada kiçik Pipera kəndi təlaş içindədi. 2 yaşlı Alina Paskaru quyuya düşmüş və quyunun divarları arasında ilişib qalmışdır. O demək olar ki, 5 metr dərinliyə düşüb, lakin quyu çox dərindir. Xilasedicilər, 6 saat ərzində uşağı xilas etmək uğrunda müxtəlif xilasetmə tədbirləri həyata keçirsələr də, qızcığaz qorxudan quyuya buraxılan ipdən yapışa bilmir, quyu isə xilasedicinin oraya düşməsi üçün çox ensizdir. Müxbirlər başqa yolu izləyicilər, yəni camaat arasından görürlər. Ana təsəllilərdən imtina edir, ata isə güclə dayanır. Gözlənilmədən Uana Furnika adlı yeniyetmə qız irəliyə çıxaraq quyuya enməyə razılaşır. O, demək olar ki, 5 metrlik quyuya tam qaranlıq içərisində ayaqları göydə düşməli olacaq. Kişilər qızın göstərişlərinə qulaq asan anda, kütlə (camaat) sükuta qərq oldu. Birdən qız qışqırır ki, onu qaldırsınlar. Lakin, onun əlləri ilk cəhddən boş oldu. O deyir ki, qız çox dolaşdığından onu çıxara bilmədim. Lakin, qısa fasilədən sonra Uana xahiş edir ki, onu yenidən quyuya buraxsınlar. Bu, qızı xilas etmək üçün sonuncu şans ola bilər. O, quyuya endirilən anda ölkənin milyonlarla izləyiciləri nəfəslərini saxlayırlar... Budur, uşaq təhlükəsizlikdədir, o şok içində və ona çox soyuqdur, lakin hər şey yaxşı olacaq. İcra başçısı Uananı torpaq sahəsi ilə mükafatlandırdı. O, həmçinin televiziya izləyicilərindən 5000 dollar qazandı. Alina isə, artıq onu ölümün pəncəsindən qurtaran anın seyr olunduğu bütün ölkədə məşhur oldu.

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.