Ginekoloqların alt paltarı ilə bağlı qadınlara 5 VACİB məsləhəti

Ginekoloqların alt paltarı ilə bağlı qadınlara 5 VACİB məsləhəti
Aparılan tədqiqata əsasən, bir qadının qarderobunda orta hesabla təxminən 34 tuman olur. Lakin bəziləri alt paltarını hər gün dəyişməyə tənbəllik edir və nəticədə, bir sıra problemlər ortaya çıxır.

Feat.Az
bu yazıda oxucuları ginekoloqların alt paltarı ilə bağlı qadnıara verdiyi 5 vacib məsləhəti ilə tanış edib.

Dəri qaşınmağa başlayır

Uzun müddət çirkli paltarda gəzəndə ilk növbədə dəri qaşınmağa başlayır. Bu, corab, köynək, mayka, alt paltarı və başqa geyimlər ola bilər. Yadda saxlayın ki, çirkli paltar bədənin istənilən nahiyəsində qaşınma yaradır. O cümlədən, natəmiz tuman da dərini qıcıqlandıra və sizi qaşınmağa məcbur edə bilər.

Bu, alt paltarında bakteriya toplanması səbəbindən baş verir. Uzun müddət eyni tumanı geyinmək konkret kənar effekt və xüsusi narahatlıq doğurmur, lakin o daha ciddi nəticələrə gətirib çıxara bilər.

Yara və səpgi əmələ gələ bilər

Əvvəlcə qaşınma, ardınca isə səpgi və ağrı yaranır. Bu əlamətlərə məhəl qoymadıqda yara və ya qızartıların yaranmasına gətirib çıxara bilər. Onların müalicəsi mümkündür, bununla belə sağlmalığı riskə atan, özünə biganə yanaşan insanlara heç bir halda bəraət qazandırmaq olmaz.

Biz alt paltarını dəyişməyənə və intim zonanı su ilə yuyub təmizləməyənə qədər bakteriyalar genital bölgədə toplanmağa və çoxalmağa davam edəcək.

Belə vəziyyətdə qırmızı səpgi meydana gəlir. Sözsüz ki, bu əlamətlər xoşagəlməz hisslər yaradır və sizi bakteriyaların olduğu zonanı qaşımağa vadar edir.

Uşaqlıq yolunun pis qoxması

Bəli, bizim hamımızın xüsusi mərhəm qoxumuz var və bir qayda olaraq burada qəribə heç nə yoxdur. Amma qoxunun dəyişdiyini və kəskinləşdiyini hiss edirsinizsə, çox güman ki, bu, genital bölgədə bakteriya toplanmasının əlamətləridir. Bilməlisiniz ki, vaginanın da oksigenə ehtiyacı var. Odur ki, eyni tumanı uzun müddət geyinmək vaginanı oksigendən məhrum edir.

İnfeksiya düşə bilər

Çirkin hopduğu və nəm alt paltarında bir neçə gün gəzmək məsləhət deyil, onun dəyişdirilməsində ehtiyac var. Çünki bakteriyalar nəm mühitdə sürətlə inkişaf etməyə və çoxalmağa başlayır. Odur ki, alt paltarını tez-tez dəyişin ki, bakteriyaların inkişafı üçün münbit şərait yaranmasın.

Əgər pambıq olmayan alt paltarlarına üstünlük verirsinizsə və onu mütəmadi olaraq dəyişmirsinizsə, siz bununla infeksiya riskini artırırsınız. Sintetik materiallardan hazırlanan alt geyimləri, hətta gipür də vaginanı isti saxlayır, bu isə cinsi sağlamlığa mənfi təsir göstərir. Mayalı infeksiyalar məhv olmadığı üçün ginekoloqa getmək lazım gələcək.

Sidik yolları infeksiyası

Əgər siz heç vaxt SYİ-sı (Sidik yolları infeksiyası) olmamısınızsa, deməli, xoşbəxt qadınsınız. Bu infeksiyalar bakteriyalar sidik yoluna keçəndə yaranır. Variantlar isə müxtəlif ola bilər. Məsələn, bir müddət eyni tumanını geyindikdə ehtimal var ki, nəcis hissəcikləri parçada qalıb. Və əgər bu mikroblar uşaqlıq yoluna keçərsə, SYİ əmələ gələcək.

Alt paltarını isti suda yumaq xəstəlik törədən bakteriyaları öldürəcək və vaginal infeksiyanın qarşısını alacaq.
publika.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.