Gözaltı göyərmələrdən qurtulmaq üçün RESEPTLƏR,bilər, qaşığı, tətbiq, sonra, gözaltı, müalicə, limon, Gözaltı, göyərmələrin, maskası, göyərm

Gözaltı göyərmələrdən qurtulmaq üçün RESEPTLƏR

25 November 2017
318
0
Gözaltı göyərmələrdən qurtulmaq üçün RESEPTLƏR
Gözaltı şişkinlər, el arasında gözaltı qaralmalar adlandırılan göylər qadınların ən çox problem yaşadığı dəri qüsurudur.

Bəs gözaltı göylər və şişkinliklər nədən yaranır?

Feat.Az
medicina.az-a istinadən xəbər verir ki, gözəlliyə kölgə salan bu göyərmələrin səbəbi genetik faktorlar, ya da yaşayış tərzi ola bilər.

Adətən göz altını tamamilə bürüyən formada olur. Duzdan çox istifadə, stress, yorğunluq, yuxusuzluq da gözaltı göyərmələrə səbəb ola bilər.
Mütəxəssislər dəmir əksikliyi anemiyasının, bəzi qarciyər, böyrək xəstəliklərinin də bunu yarada biləcəyini söyləyirlər.
Məlumata görə, allergiyası olan insanlarda göz altında göyərmələrə çox rast gəlinir.

Göz və burun axıntısıyla birlikdə damarlarda toplaşan qan, damarların genişliyini artıraraq gözaltı bölgədə göy görüntünün yaranmasına səbəb olur.
Qeyri-sağlam qidalanan insanlar da bundan əziyyət çəkə bilərlər. Çünki dəri lazım olan vitaminləri əldə edə bilmədiyi üçün rəng dəyişimi baş verir.
Siqaret çəkmək, spirtli içki qəbulu da buna şərait yaradır. Siqaret qandakı oksigen miqdarını azaltdığından gözaltı göyərmələr meydana çıxır.

Göyərmələr xəstəlik əlaməti ola bilərmi?

Depressiya, sinuzit, göz ətrafında yaranan infeksiyalar, böyrək və qaraciyər problemləri, tiroid xəstəlikləri, göz allergiyaları, göz quruluğu, dəmir əksikliyi kimi xəstəliklərdən də göyərmələr baş verə bilər.

Göyərmələri necə aparmalı?


Bunu müalicə etmək üçün ilk olaraq səbəbini araşdırmaq lazımdır. Əgər xəstəlik səbəbindən baş vermirsə, o zaman digər gündəlik qayğılar araşdırılır. Qəhvə, spirtli içki, siqaret kimi vərdişlər azaldılmalı, bol su içilməlidir. Səhər yeməkləri vaxtında, mütəmadi yeyilməlidir.

Bundan əlavə göz ətrafında qan dövranını sürətləndirəcək masajlar, tərkibində K, C vitamini olan kremlərdən istifadə etməkdə də fayda var. Bəzi kosmetoloji prosedurlar vasitəsilə də bunun qarşısını almaq mümkündür.

Əgər bu, yuxusuzluğa görə baş verirsə, həmin bölgəyə soyuq kartof halqaları qoya və ya ilıq çay tətbiq edə bilərsiniz.

Gözaltı göyərmələrdən tamamilə qurtulmaq olarmı?

Bu, müalicə forması və vücudun buna göstərdiyi reaksiyadan asılıdır. Təbii üsullar bunu bir müddətlik həll edə bilər. Əgər bu hal genetikdirsə, müəyyən müddətdən bir göz ətrafına pilinq edilməlidir. Əgər davamlı olmazsa, göyərmə halları geri qayıdar.

Lazer üsulu ilə müalicə edilə bilərmi?


İki fərqli lazer müalicəsi mövcuddur. Bunlardan birincisi fraksionel lazer üsuludur. Bununla göyərmələrin rəngi açılır. Dəri qalınlaşdırılaraq göyərmələrin görüntüsünü azaldılır. Müalicə əsnasında bir az yanma hissi baş verə bilər. 3-4 gün ərzində qızarıqlıq, dərinin soyulması baş verə bilər. Bir ay aralıqla tətbiq olunan üsul 3 seansdan sonra sonlandırılır.

İkinci üsul isə erbium lazerlə tətbiq olunan resurfacing üsuludur. Göz qapaqları keyləşdirilərək müalicə edilir. 4-5 gün qızarıqlığın olması normaldır. 1 ay ərzində dəri normal rənginə geri qayıdır. Bəzən bu, ilk seansda həll edilir. İkinciyə ehtiyac qalmır.
Gözaltı göyərmələri xalq təbabəti üsulu ilə də azaltmaq mümkündür.

Zərdəçal-pomidor-limon maskası – Həm göz altında meydana gələn göyərmələrə, həm də yaranan halqalara təsirlidir.

1 çay qaşığı zərdəçal

Yarım çay qaşığı un

1 çay qaşığı pomidor suyu

Bir neçə damla limon suyu.

Bütün qidalar bir qabın içərisində qarışdırılır. Ardından göz ətrafına halqalar şəklində sürtülür. 10 dəqiqə gözlədikdən sonra su ilə durulanır.

Kartof maskası

2 çay qaşığı kartof suyu

1 çay qaşığı zeytun yağı

1 çay qaşığı buğda yağı

İnqrediyentlər bir kasa içərisində qarışdırılır və ağzı bağlı butulkaya qoyulur. Qarışımı gözünüzün altına yedirərək sürtün. 2-3dəqiqə gözlətdikdən sonra pambığı nəmləndirib yağı silin. 3-4 dəfə tətbiq etdikdən sonra effektini görəcəksiniz. Gündə bir dəfə tətbiq etməyiniz kifayətdir.

Nanə maskası

Bir ovuc nanə

Yarım limon suyu

Nanələri blender vasitəsilə əzin. Püre halına gəlmiş nanələrə limonu əlavə edin. Bunu göyərmiş hissələrə çəkin. 15-20 dəqiqə sonra yuyun. Bunu gündə 2 dəfə, istədiyiniz nəticəni əldə edənə qədər tətbiq edə bilərsiniz.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz