Diş ağartmağın 5 yolu

08 Mayıs 2022
2 971
0
Diş ağartmağın 5 yolu
Dişlərimiz həm gözəlliyimiz, həm də sağlam təbəssümümüz üçün bizə çox lazımdır. Xüsusilə də, ağ dişlər demək olar ki, hər kəs tərəfindən arzu olunandır. Amma bəzilərimiz tibbi prosedur keçmədən dişlərimizi ağartmaq istəyirik. Bəs ev şəraitində asan və təbii yolla dişlərimizi necə ağarda bilərik? Bunun üçün bəzi sadə ipucları təqdim edirik.

Qabartma tozu və limon suyu

Qabartma tozunun içində yumşaq xəmir alınana qədər limon suyu əlavə edin. Məhlul alınandan sonra dişlərinizi onunla fırçalayın. Amma bir nüansa diqqət etməlisiniz. Bu qarışım sizin dişləriniz üçün əla nəticə verə bilir amma ki, ondan çox istifadə dişlərin mina qatının zədələnməsinə gətirib çıxarır.

Hind qozu yağı


Parlaq və nahamar dişlər üçün insanların tərəddüdsüz məsləhət gördükləri bir vasitə məhz hind qozu yağı ilə olan ağartmaq üsuludur. Bir az hind qozu yağını götürüb dişlərinizə çəkib 20 dəqiqə gözləməlisiniz.

Çiyələk


Çiyələklə diş ağartma prosesi həm dadlıdır, həm də nəticəlidir. Quru diş fırçasının üzərinə bir ədəd çiyələk qoyub onunla təxminən 3 dəqiqə dişlərinizi fırçalamlısınız. Amma araşdırmalar çiyələk xaricdən təmizlik etdiyi üçün daxildən ağartmır. Amerikalı mütəxəsislərin araşdırmalarına görə, çiyələyin tərkibində sitrik turşusu olduğundan dişləri zədələyə bilir. Ona görə də bunu hər gün etməsəniz yaxşı olar.

Alma sirkəsi


Alma sirkəsi diş ləkələrini təmizləməklə yanaşı ağızdakı bakteriyaları da öldürür. Su ilə dolu bir fincanın içinə yarım çay qaşığı alma sirkəsi əlavə edib onunla ağzınızı yaxşıca yaxalayın. Sonra isə dişlərinizi fırça ilə rahatlıqla fırçalaya bilərsiniz.

Banan


Təxminən 1 dəqiqə boyunca dişlərinizi banan qabığının iç hissəsi ilə tək-tək fırçalayın. 10 dəqiqə gözləyin. Sonra isə quru, məcunsuz fırça ilə dişlərinizi fırçalayın. Nəticəni görəndə çox bəyənəcəksiniz.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.