Böyrəklərdəki iltihabı müalicə edən 5 resept
Feat.Az immunitet.az-a istinadən bildirir ki, böyəklərin iltihabi xəstəliklərinin əmələ gəlməsində infeksiyalarla yanaşı orqanizmin soyuqlaması,immunitetin aşağı düşməsi də mühüm rol oynayır.
Sizlərə böyrəklərdəki iltihabı təbii vasitələrlə aradan qaldıran bir-neçə resept təqdim edirik.
Resept №1
Qarğıdalı saçağı dəmləməsi böyrəklərdən duzların xaric olunmasına,iltihabi prosesin aradan qalxmasına və təzyiqin aşağı düşməsinə səbəb olur. Bunun üçün 1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 1 stəkan qaynar su tökülür və 20 dəqiqə dəmlənir. Dəmləmə hazır olduqdan sonra süzülür 3 saatdan bir 2 xörək qaşığı içilir.
Resept №2
Ayıqulağı dəmləməsi sidikqovucu,antiseptik və iltihab əleyhinə təsirə malikdir. Dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı ayıqulağı bitkisini 1 stəkan qaynar suda yarım saat dəmləmək lazımdır. Dəmləmə su hamamında hazırlanır gündə 3 dəfə içilir. Müalicə kursu 250 qram ayıqulağının quru bitkisi içilib qurtarana kimi davam edir.
Resept №3
Böyrəklərin iltihabi prosesi sistit əlamətləri ilə müşayiət edilir. Bu əlamətlərin aradan qalxmasına itburnu dəmləməsi çox faydalıdır.
Resept №4
Pielonefrit əlamətlərinin aradan qalxması üçün 5 hissə kətan toxumu,2 hissə palıd qabığı, 2 hissə giсirtkən yarpağı götürülür .Bitki yarpaqları xırdalanır,komponentlər yaxşı qarışdırılır. Qarışımdan 1 xörək qaşığı götürülür və üzərinə 12 stəkan qaynar su əlavə edilib 2 saat isti və qaranlıq yerdə dəmlənir. Dəmləmədən gündə 2 stəkan qəbul edilir.Müalicə kursu tam bir ay aparılır.
Resept №5
İtburnunun özü və kökü,aslanquyruğu, dəvədabanı,üçrəng bənövşə və zveraboy eyni miqdarda götürülür və xırdalanıb qarışdırılır. Qarışımdan 1 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və hər dəfə yarım stəkan olmaqla 8 dəfə qəbul edilir.