Dünyada daha rahat yaşamaq üçün Məsumların tövsiyəsi

02 Aralık 2017
1 970
0
Dünyada daha rahat yaşamaq üçün Məsumların tövsiyəsi
O kəs ki, səyahət niyyətilə evindən çıxar, yolunun üstündə körpüdən keçməli olarsa, bu körpünün necəliyinə diqqət etməz. Körpünün narahat olması ona əziyyət verməz. Çünki bilər ki, bu körpüdə qalıcı deyildir, sadəcə onun üstündən keçəcəkdir. Dünya da bu körpü kimidir. İnsan gərək axirət səfərinə çatmaq üçün bu körpünün narahatlıqlarına və əziyyətinə dözsün və bilsin ki, körpü onun üstündən keçmək üçündür, orada qalmaq üçün deyildir.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də bu müvəqqəti körpüdə yaşamaq üçün özümüzü bəzi şeylərə adət etdirməliyik. O cümlədən:

1. Özümüzü bu dünyada qonaq hiss edək.
Adətən o kəslər dünyadan şikayət edərlər ki, onu özləri üçün əbədi məkan yeri hesab edərlər.

Ancaq əgər insan özünü qonaq kimi hiss etsə, ona ürək bağlamaz və hər cür xoşagəlməz hadisələri onu incitməz. Həzrət Peyğəmbər (s) buyurur: "Dünyada qonaq olun. Sakin olmadığınız şeyi düzəldirsiniz. Yemədiklərinizi toplayırsınız. Əldə etməyəcəklərinizi arzu edirsiniz".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Həqiqətən, insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir - əmanətdir. Həqiqətən, qonaq köçəndir. Əmanət - geri qaytarılandır".

2. Özünüzü qərib hesab edin.
İnsan adətən o yer üçün arzular qurar ki, orada əbədi olaraq qalacaqdır. Biz bu dünyada olan hər bir çətinlikdən narahat oluruq. Ancaq əgər bilsək ki, bura əbədi yerimiz deyildir, o zaman bu çətinliklər bizə asan gələcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Dünyada elə ol ki, sanki qərib və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver".

3. Qəlbinizi bu dünyadan üzün.
İmam Əli (ə) buyurur: "Bədənləriniz xaric olmazdan əvvəl, qəlblərinizi bu dünyadan xaric edin".

4. Dünyanı xoş yuxu hesab edin.
İmam Sadiq (ə) Cabirə buyurur: "Dünyanı elə mal kimi qərar ver ki, yuxuda əldə etmisən. O zaman ki, ayılarsan, ondan bir şey tapmazsan".

İmam Baqir (ə) buyurur: "Dünyanı elə mənzil qərar ver ki, ona enmisən, sonra ondan köçmüsən. Ya da elə mal qərar ver ki, yuxuda onu tapmısan və o zaman ki, ayılarsan - ondan bir şeyi özündə görməzsən. Dünya aqil və Allahdan agah insanlar üçün kölgə kimidir".

5. Dünyanı körpü kimi qəbul etmək.
Loğman oğluna verdiyi nəsihətlərin birində buyurur: "Dünyanı çay üzərində olan körpü qərar verin ki, ondan keçirsiniz. Onu ruzigarın sonuna qədər tərk edirsiniz və ona bir daha qayıtmırsınız".

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.