Soyuq qış günlərində evi isti QAYDALARI

09 Aralık 2017
1 769
0
Soyuq qış günlərində evi isti   QAYDALARI
Evimizdəki və ya çalışdığımız ofisdəki mikroiqlim bir neçə parametrdən asılıdır ki, buna eyni zamanda havanın temperaturu da daxildir. Elmi hesablamalara görə, temperatur +20 dərəcədən +25 dərəcəyə qədər dəyişir. Bununla belə, hər insanın fərdi normaları var ki, bu, onun komfortlu yaşayışını təmin edir. Təbii ki, temperatur rejimi bir çox nüanslardan asılıdır. Qışda bu sual heç vaxt olmadığı qədər aktualdır. Və çoxmərtəbəli binaların sakinləri üçün də bu sual hər zaman aktualdır - mənzillərimizdəki batareyaların temperaturu və otağın havası necə olmalıdır?

Bina evindəki temperatur norması konkret mənzilin yerləşdiyi yerdən asılıdır. Məsələn, onun şimal-cənub və ya qərb-şərq hissəsində yerləşməsi çox şeyi həll edir və ya dəyişir. Havanın atmosfer təzyiqi və ya rütubət birbaşa mənzilin temperaturuna təsir göstərir.

Hər otağın temperaturu ayrıdır - cədvələ diqqət!


Mövsümün dəyişməsindən asılı olaraq, mənzildəki mikroiqlim dəyişə bilər. Məsələn, qışda temperatur o qədər də yüksək olmur. Amma yay vaxtında temperatur təbii ki, artır. Avropa iqlimi üçün soyuq havada evin temperaturunun orta hesabla +22 dərəcə, nisbətən mülayim havada isə +25 dərəcə olması normal sayılır. Belə fərq o qədər də böyük görünmür, amma bunu daimi norma kimi müəyyən edəndə ciddi məna daşıyır.

Mənzildəki müntəzəm və dəyişməz temperaturun müəyyənləşməsində orda yaşayan insanların rahatlıq norması əsas sayılır. Bəzi insanlar istidə özlərini yaxşı hiss edirlər, hətta bir çox hallarda evdə kondisionerdən də istifadə olunmur. Bəzi insanlar isə bayırda şaxta olduğu halda daim pəncərələri açıq saxlayır. Amma unutmaq olmaz ki, bəzən insanların tələbatları heç də hər zaman müəyyən edilmiş temperatur rejimi normalarına uyğun gəlmir. Evin soyudulması, habelə normadan artıq isinməsi insan orqanizmində, onun özünü necə hiss etməsində dəyişməz izlər qoya bilər.

Eyni zamanda temperatur norması fərqinin qadın və kişi cinsi arasındakı fərqə necə təsir göstərdiyini də unutmaq olmaz. Bu, bir neçə dərəcə miqdarında fərqlənə bilər. Belə ki, qadınlar kişilərə nisbətən soyuğa daha çox dözümlüdülər. Balaca uşaqların yaşadığı mənzillərə xüsusi diqqət yetirmək lazımdır. Körpənin orqanizmində hələ termoqulyasiya sistemi inkişaf etməyib. Ona görə də o, digərlərindən daha tez isinə və soyuya bilər. Ona görə də evin uşaqlar olan otağında temperatur stabil olmalı, +22 dərəcə təşkil etməlidir.

Otağın təyinatından asılı olaraq temperaturun dəyişməsi də tənzimlənir.


İstirahət və yuxu üçün otaq. Optimal temperatur +18 dərəcə təşkil edir. Məhz o, yuxusuzluqdan və özünü pis hiss etmədən qoruya bilər.
Mətbəx. Bu məkan havaya isti verən texniki əşyalarla doludur - mikrodalğalı soba, elektroçaydan, qaz plitəsi. Ona görə də burada olduqca yüksək temperatura ehtiyac yoxdur.
Vanna otağı. Burada temperatur +25 dərəcə sərhədində olmalıdır. Belə ki, buradakı rütubət digər otaqdakılardan yetərincə yüksəkdir və orada insanlar adətən paltarsız vəziyyətdə olurlar. Aşağı temperaturda dərhal rütubət və diskamfort özünü göstərəcək.
Uşaq otağı. Bu otaqda temperatur dəyişkən ola bilər və uşağın yaşından asılıdır. Yeni doğulan körpə üçün bu, +24 dərəcə təşkil edir, amma ondan böyük körpə üçün +21-22 dərəcədir.
Qonaq otağı və evin digər otaqlarında maksimal komfort üçün temperatur 19-21 dərəcə civarında olmalıdır.

Hədsiz soyuq və isti havada evin temperaturunu belə tənzimləyək

Bir məqamı da unutmaq olmaz ki, otaqlar arasında kəskin temperatur fərqi qoymaq olmaz. İdeal variant bu fərqin 2 dərəcə olmasıdır. Bu halda ev əhli bu fərqi hiss etməyəcək.
Şəxsi tərcihlərə baxmayaraq, temperatur normalarına əməl etmək lazımdır. Bu, xüsusən də çox isti yay və soyuq qış fəsilləri üçün keçərlidir. Məhz bu fəsillərdə evdəki və bayırdakı temperatur arasında böyük fərq özünü göstərir. Nəzərə almaq lazımdır ki, temperatur normalarına riayət olunmasa, bu, orqanizmdə güclü soyuqlamaya və ya istilənməyə səbəb ola bilər ki, bu da kardioloji problemlərlə nəticələnər.
Mənzildə həddən artıq isti hava müxtəlif bakteriyaların yayılması üçün münbit şərait yaradır. Nəticədə orda yaşayan insanlar infeksion xəstəliklərə yoluxa bilirlər. Müvafiq proses qışda da, evin keyfiyyətsiz qızdırılması nəticəsində qəfil +17 dərəcəyə düşür. Bu halda orda yaşayan insanların qəfil soyuqdəyməyə tutulması, kəskin respirator xəstəliklər və əsəblə bağlı problemləri ortaya çıxa bilər.

Bu, xüsusən də balaca uşaqlar üçün təhlükəlidir. Ona görə də evdə temperatur norması rejimini qorumağa xüsusi diqqət etmək lazımdır.

Normada evdəki temperaturla bayırdakı temperatur arasında böyük fərq olmamalıdır. Evdə havanın temperaturunu qışda 24 dərəcədən yuxarı qaldırmaq doğru deyil. Çünki temperatur 24 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır. Bundan başqa, temperaturun hətta 1-2 dərəcə aşağı salınması da enerjiyə 2-3 faiz qənaətə gətirib çıxarır. Xüsusən də yataq otağının temperaturu aşağı olmalıdır. Almaniya normalarında yataq otağının temperaturu 16, Azərbaycanda isə 19 dərəcədir. Çünki otaq sərin olduqda insan daha rahat yatır, bakteriyaların fəallığı azalır. Üstəlik, enerjiyə qənaət edilir.

Əgər eviniz isti deyilsə...


Sanitar normalara əsasən, mənzildə temperatur +22 dərəcədən artıq olmamalıdır. İstənilən fərqlilik insanın sağlamlığına neqativ təsir edə bilər. Əgər sizin evinizdə digər göstəricilər özünü göstərirsə, orda yaşayanlara optimal mikroiqlim üçün nə etmək lazımdır?
Keçmişdə havanın temperaturu ancaq radiator qızdırıcılar vasitəsilə tənzimlənirdi. Əlavə qızdırılma üçün qızdırıcı alətlərdən - elektrik kaminləri, açıq spirallı konvektorlardan istifadə olunurdu. Otaqda havanın temperaturunu nisbətən aşağı salmaq üçün pəncərələri açır və bununla da problemi yoluna qoyurdular.
Müasir texnologiya isə insanın qarşısına böyük seçimlər qoyur: indi kondisionerlərimiz də var, funksionallığı ilə diqqət çəkən digər texniki ləvazimatlar da. Müasir texniki avadanlıqların əsas funksiyası təkcə evi isitmək yox, eyni zamanda rütubəti də aradan götürmək, ventilyasiya, yad qoxuları aradan götürməkdir.
Müəyyən edilmiş sanitar normalara gəlincə, batareyanın temperaturunu tənzimləmək mümkündür. Əsas odur ki, mənzillərdə lazımi temperatur olsun. Bir qayda olaraq, qış dönəmində temperatur +20 dərəcədən aşağı olmamalıdır. Əgər evinizdəki temperatur qışda bundan aşağıdırsa, demək, istilik sistemi keyfiyyətsizdir.

Bu halda sahibkar bunları etməlidir:


- İsitmə sistemindəki problemlərin aradan qaldırılmasını tələb etməlidir.
- İstilik sistemi üçün ödədiyi vəsaitin hesabını soruşmalı
- Öz şəxsi imkanları hesabına evini daha yüksək səviyyədə isitməyə nail olmalı
- Evdə əlavə qızdırıcı vasitələr quraşdırmalı
- Evinin avtonom qızdırıcı sistemini təmin etməli.

Təbii ki, əgər dövlət binasında yaşayırsınızsa, mənzillərə istilik verilməsi birbaşa dövlətin öhdəliyindədir. Mərkəzi istilik sistemi sakinləri bu qayğıdan maksimum xilas etməlidir. Yəni bu halda daha az məbləğ hesabına evdə quraşdırılmış radiatorlar sizi istiliklə təmin edir. Yox, əgər göydələnlərdə və həyət evində yaşayırsızsa, bu halda kombi sistemi hesabına evin istilik problemini özünüz həll edirsiz. Hər iki halda keyfiyyətli istilik sistemi sizin öz əlinizdədir. Təbii ki, yuxarıdakı norma və standartları unutmadan.

Norveçdə pəncərələrin istilik ötürmə əmsalı 0,8-1,2 arasındadır. Bizdə isə 2,3-2,75 arasında dəyişir. Onlar pəncərənin künc hissəsində olan məsafəni tənzimləyirlər, şüşənin daxilinə arqon, yaxud kripton qazı vururlar. Eyni zamanda, həm içəri, həm də çöl şüşəyə emulsiya lövhəsi çəkirlər. Bu lövhə qışda soyuğun, yayda isə istinin içəri dolmasını əngəlləyir. Bu şüşələrin bir kvadratının qiyməti Azərbaycanda 50 manatdan 130 manata qədər dəyişir.

Enerji effektivliyi şəhərsalmadan başlayır. Ev tikilərkən onun küləyin istiqamətinə görə yerləşdirilməsi elə olmalıdır ki, istilik itkisi minimuma ensin. Əgər bütün evlər bir istiqamətdə tikilibsə və vətəndaş da evini həmin istiqamətdə tikməyə məcburdursa, bu zaman digər nüanslara fikir verməklə də enerji effektivliyinə nail ola bilər. Birinci mərtəbənin döşəməsinə və evin üstünə də izolyasiya materialı qoymaq məsləhətdir. Bu zaman istilik itkisi çox olmur. Bir sözlə, xarici konstruksiyaların istilik keçirməyə müqaviməti artırılmalıdır.

Bizim evlərin əksəriyyətində qızdırıcı cihazların üstünə pərdə çəkirlər. Bu da istiliyin mənzilə keçməsinə mane olur, əksinə, istilik çölə çıxır. Həmin qızdırıcı cihazların arxasına, yəni divara istiliyi əks etdirən lövhə qoyulmalıdır ki, radiatorun arxadan verdiyi istilik çölə axmasın, evin içərisinə daxil olsun. İnşaat bazarında istiliyi şüalandıran lövhələr çoxdur. Mağazalardan alınan plitələrin altına da istilik lövhəsi qoymaq məsləhətdir ki, istilik aşağıya getməsin. Ümumiyyətlə, mağazadan radiator alarkən enerji effektivliyinin olduğunu göstərən sertifikatı yoxdursa, onu almaq doğru deyil.
musavat.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.