Portağalın suyunu içmək xəstəlik yaradır?

13 Aralık 2017
1 388
0
Portağalın suyunu içmək xəstəlik yaradır?
Qış aylarında qrip olmamaq və immuniteti gücləndirmək üçün çox istifadə edilən portağal meyvə şirəsi əslində bilindiyi kimi faydalı deyilmiş.

Feat.Az
xəbər verir ki, bu meyvə suyu şəkərli diabet xəstəliyinə yoluxmaq riskini yüksəldir. Ancaq bu o demək deyil ki, tamamilə meyvə şirəsindən imtina etməlisiniz. Mütəxəssislər portağal suyunun içərisində lif olmadığını və bunun da vücudun şəkər dəyərini yüksəltdiyini bildiriblər.

Xüsusilə də Harvard tibbi məktəbində aparılan araşdırmalar zamanı, meyvələrin tərkibində olan lifin, meyvənin sıxıldığı zaman məhv olduğu təsdiq edilib.

Suyunu içmək əvəzinə normal bir portağal yesəniz eyni miqdarda C vitamin və əlavə 3 qram lif qəbul etmiş olacaqsınız.

Gündə 3 dəfə meyvə yemək diabet riskini 18 faiz azaldır. Ayda 3 stəkan alma suyu içən bir insanın diabet olmaq riski isə 15 faiz artır. Gün ərzində bir stəkan portağal suyu içmək isə diabetə tutulmaq riskini 24 faiz artırır.

Qeyd edək ki, amerikalı həkim Joanne Lunn meyvələrin tərkibində olan yüksək şəkər miqdarı səbəbi ilə diqqətli istifadə etməyin vacibliyini vurğulayıb.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.