Ebola virusu: ölənlərin sayı beş mini ötüb

31 Ekim 2014
1 915
0
Ebola virusu: ölənlərin sayı beş mini ötüb
Ebola virusu: ölənlərin sayı beş mini ötüb

Dünya Səhiyyə Təşkilatının baş direktorunun köməkçisi Bryus Ayluord Ebola virusundan ölənlərin sayının beş mini keçdiyini deyib.

Təşkilatda keçirilən mətbuat konfransında Ayluord virusa yoluxanların sayının 13 min 703 nəfərə çatdığını bildirib. Təşkilatın nümayəndəsi Liberiyada virusun yayılma tempində səngimə müşahidə olunduğunu və ölüm hallarının azaldığını qeyd edib.

Qeyd edək ki, Liberiya Ebola virusundan ən çox zərər çəkən ölkədir. Orada 4665 yoluxma və 2705 ölüm halı qeydə alınıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.