Paltar yumaq üçün pul bibərdən istifadə etsəniz...

01 Ocak 2018
1 840
0
Paltar yumaq üçün pul bibərdən istifadə etsəniz...
İstiot, pul bibər və alban bibəri kimi ədviyyatlar yeməklərin baş tacıdır. Bəs bu ədviyyatları gündəlik həyatda başqa sahələrdə də istifadə edə bilirsinizmi?

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, rəngli paltarları yuyanda rənglərinin çıxmasını istəmirsinizsə, onda paltarları yuyanda üzərinə bir çay qaşığı istiot əlavə edin. Bununla paltarlarınız rəngini qoruyacaq və rəngləri digər paltarlara hopmayacaq.

Evinizdə olan və nə etsəniz də aradan getməyən həşəratlardan xilas olmaq üçün alban istiotundan istifadə edə bilərsiniz. Həşəratların olduğu yerlərə alban istiotunu tökün. Həşəratların azalmağa başladıqlarını görəcəksiniz.

Eyvanınızda və ya bağınızda qulluq etdiyiniz güllər həşəratlar tərəfindən "istila" olunubsa, un və istiotu qarışdıraraq güllərin üzərinə tökün. Bununla çiçəkləriniz arzuolunmaz böcəklərdən xilas olacaq.

Qış aylarında ayaqlarınızı isitmək üçün corabınızın içinə qırmızı pul bibər qoyun. Acı istiot ayaqlarınızın isinməsini təmin edəcək.

Soyuq havalarda ekzema və dəridə səpki kimi problemlər daha da çoxalır. Bunları qarşısını almaq üçün istiotdan da istifadə edə bilərsiniz. İstiotu suyun içində həll edin və dərinizə sürtün. Dəridə səpkilər azalacaq.

Qəbizlik və həzimsizlik kimi problemləriniz varsa, istiot və balı qarışdıraraq yeyin. Bu şikayətiniz aradan gedəcək.

Əgər soyuqdəymə və qrip kimi xəstəliklərə yoluxsanız, sizin üçün ən gözəl dərman istiotdur. Qaynayan suyun içinə bir miqdar istiot atın və qarışdırın. Bu qarışığı soyuduqdan sonra için.

Bədənin ən çox bakteriya törədən hissəsi ağızdır. Ağzın sağlamlığı və təmizliyi üçün də istiotdan istifadə etmək olar. Hər səhər istiotlu su ilə qarqara etsəniz ağzınızdakı bakteriyalardan xilas ola bilərsiniz.

Təzyiqiniz yüksəlibsə, edəcəyiniz iş çox sadədir. Zeytun yağı və pul bibəri qarışdıraraq gicgahınıza sürtün. Bir müddət sonra təzyiqiniz aşağı düşəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.