Cəfəridə elə bir maddə tapıldı ki... - İNANILMAZ FAYDALARI

21 Ocak 2018
1 395
0
Cəfəridə elə bir maddə tapıldı ki... - İNANILMAZ FAYDALARI
Keçmişdə cəfəri göyərti kimi deyil, daha çox müalicəvi bitki kimi istifadə olunurdu.

Xalq təbabəti cəfərinin köməyi ilə ürək və böyrək xəstəliklərini, kişi və qadın problemlərini, iltihabları müalicə edirdi.

Bir neçə il bundan əvvəl aparılmış araşdırmalar cəfərinin bu vaxta qədər məlum olmayan faydalarını aşkar edib. Belə ki, cəfəri "apigenin" adlı flavonoidlə zəngindir.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, Harvard Universisteti (Böyük Britaniya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu maddə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, onların məhv olmasını sürətləndirir.

Bundan əlavə apigenin güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, sinir sisteminə müsbət təsir edir, arıqlamağa kömək edir.

Apigenin kişi sağlamlığına da müsbət təsir edir - testosteronun ifrazını artırır, bir çox kişi xəstəliklərinin, o cümlədən prostat vəzi xərçənginin qarşısını alır.

Siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, apiginin qadınlarda süd vəzi xərçənginin inkişafı riskini azaldır. Bundan əlavə bu maddə menstruasiya ağrılarını azaldır və klimaksla bağlı olan pozulmaların qarşısını alır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.