Kişilərə bəd xəbər

17 Şubat 2018
2 093
0
Kişilərə bəd xəbər
Aparılan araşdırmalar nəticəsində 1973-cü ildən bəri kişilərin spermalarında böyük səviyyədə azalmalar meydana gəlməsi ortaya çıxıb. Feat.Az ailem.az-a istinadən bildirir ki, sperma sayındakı azalmanın dəqiq səbəbi bilinməsə də, araşdırma zamanı sonsuzluğu böyük ölçüdə meydana çıxaran bəzi məqamlar ortaya çıxıb.

Ağ və qırmızı ət müqayisəsi


Mütəxəssislər bildirir ki, bu sırada qidalanma əhəmiyyətli yer tutur. Belə ki, araşdırmalar ağ ət yeyən kişilərin qırmızı ət yeyənlərdən 13 faiz daha az sonsuzluq problemi yaşadığını ortaya çıxarıb.

Az yuxu yatan kişilər diqqət!


Son illərdə xüsusilə şəhər həyatında bir çox insanın sıxıntısı halına gələn yuxu azlığı sadəcə yuxusuzluğu deyil, bir çox problemi gətirir. Gündəlik testesteron ifrazının böyük bir qismi yuxu əsnasında həyata keçir və kifayət qədər yatmayan kişinin nəsil artırma qabiliyyətində azalmalar ortaya çıxarır. Gündə 6 saatdan daha az yatan kişilər sonsuzluq problemi ilə qarşılaşır.

Avtomobil oturacaqlarındakı qızdırıcılara diqqət edin!


Kaliforniya Universitetində aparılan elmi araşdırma hamam və saunaların testislərdəki temperaturu artıraraq, sperma istehsalında pozulmaya yol aça biləcəyini göstərir. Kişilərin həyat tərzi sperma istehsalında böyük bir rolu olan testislərə zərər verə bilir və uşaq sahibi olma şansını azaldır.

Araşdırma zamanı, eyni zamanda, avtomobil oturacaqlarında yer alan qızdırıcıların da uşaq sahibi olmaq şansını azaltdığı ortaya çıxıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.