Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL

07 Mart 2018
1 051
0
Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL
Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir. Feat.Az-in sizə verəcəyi təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.



Soda




Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.



Aspirin


Aspirinin içində olan asetilsalisilik turşusu paltarlardakı ləkələri çox yaxşı çıxarır.



Altı aspirini toz halına gətirib suda qarışdırın. Paltarlarınızı qarışımın içində 30 dəqiqə saxlayın. Son olaraq paltaryuyan maşınınızda hər zamankı kimi yuyun. Ləkələrin tamamən yox olduğunu görəcəksiniz.



Sirkə və limon



Sirkə ən güclü ləkələri belə çıxarır və qoxunu yox edir. Həmçinin ağ rəngli paltarların rənginin solmasının qarşısını alır.

Bir az sirkə və bir az limon suyunu qarışdırıb paltaryuyan maşının yumşaldıcı qisminə tökün. Ağlarınız daha gözəl görünəcək və ətirli olacaq.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.